Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü: "Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub" - VİDEO
Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini Ümüd Quliyev bildirib ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb.
İki gün sonra, fevralın 7-də qızı vəfat edib. Ümüd Quliyev iddia edib ki, qızının ölümünə səbəb həkimlərin adları bilinməyən iynələri vurmalarıdır.
Ata qızı xəstəxanada olduğu iki gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını deyir.
Onun sözlərinə görə, qızı vəfat edəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızması olub.
Ata bildirib ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub ki, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub.
Ümüd Quliyev tələb edir ki, həqiqət ortaya çıxmalı və səbəbkarlar cəzalandırılmalıdırlar.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1648 Tarix: 12 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyulZaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb. "Qafqazinfo" "Shimalnews"a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub. Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəski
9 iyulDaha bir yeniyetmə dənizdə batdı
Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
7 iyulCinsi istismara məruz qalan gənc qızın zorla qaçırıldığı iddia edilir
Türkiyənin İstanbul şəhərində cinsi istismar işi üzrə məhkəmə prosesi davam edən hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb. xarici mediaya istinadla xəbər verir ki, təqsirləndirilən R.H.U. qərar iclasına iki ay qalmış zərərçəkmiş E.Ö.-nü zorla avtomobilə mindirərək Antalyaya aparıb. Məlumata görə
7 iyulSürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video
Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc
7 iyul