AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMA

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAAzərbaycan vətəndaşları futbol məşqçisi olmaq üçün ölkə daxilində və xaricdə təşkil olunan kurslara qatıla bilərlər.

"Report"un araşdırmasına əsasən, AFFA-nın "C" kateqoriyalı məşqçi kursları ilk dəfə 2006-cı ildə təşkil olunub. UEFA-nın "B" kursu 2005-ci, UEFA-nın "A" kursu isə 2007-ci ildə start götürüb. UEFA-nın "Pro" kursu ilk dəfə 2011-ci ildə keçirilib. 2017-ci ildən isə AFFA tərəfindən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədilə "D" kateqoriyalı məşqçi kursuna başlanılıb.

Ötən müddət ərzində AFFA-nın təşkil etdiyi kurslara qatılanlardan 23-ü "Pro", 88-i "A", 176-sı "B", 257-si "C" lisenziyası alıb. Onların sırasında Azərbaycanla yanaşı, xarici ölkə vətəndaşları da var. Bu baxımdan, milli assosiasiyanın təşkil etdiyi kurslardan daha çox bəhrələnənlər türkiyəlilərdir. "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak, "Bakı" və "Xəzər Lənkəran"a rəhbərlik etmiş Cüneyt Biçer, eləcə də Murat Yoldaş və Yüksel Kepoğlu "Pro" lisenziyasına yiyələniblər. Sebahattin Tekin, Mehmet Ak, Uğur Kulaksız, Oktay Ocak "A" lisenziyası, Mehmet Ali Keskiner, Özgür Ataçocuğu, Murat Çölbəyi, Osman Hayrettin, İsmayıl Kurt, eləcə də Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu İbrahim Üzülməz "B" lisenziyası alıblar. Cenqiz Cihad, İskəndər Eroğlu, Taner Savut və Murat Ekitaş isə "C" lisenziyası götürüblər.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAHəmçinin, AFFA-nın təşkil etdiyi kurslarda AZAL-ın sabiq idman direktoru ingiltərəli Daril Uillard "Pro", "Qarabağ"ın fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçisi Çudomir Çakarov, Bakının "İnter" (hazırkı "Keşlə") klubunun Müşahidə Şurasının sabiq sədri, almaniyalı Yohann Enqbrext isə "B" lisenziyası alıb.

AFFA-nın maarifləndirmə üzrə direktoru Aslan Kərimov "Report"a deyib ki, bir şəxsin futbol məşqçisi sənətinə yiyələnməsi üçün onun oyunçu karyerasının olması şərt deyil: "Əlbəttə, belə bir təcrübənin mövcudluğu məşqçidən ötrü üstünlükdür. Ancaq peşəkar futbolçu karyerası olmayanların da böyük uğurlara imza atdıqlarını görmüşük".

46 yaşlı mütəxəssisin sözlərinə görə, kurslara yazılmaq üçün standart sənədlər və ödəniş tələb olunur: "Bura ərizə, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd fotoşəkil (3x4), hər kurs üçün müvafiq ödəniş tələb olunur. "C" kateqoriyası üçün məhkumluq haqqında arayış da təqdim edilməlidir. Burada söhbət pedofilliyə görə məhkumluğun olub-olmamasını dəqiqləşdirməkdən gedir. UEFA bu şəxsləri kursa götürməməyi tövsiyə edir. Çünki "C" lisenziyasını alan şəxs uşaqlarla işləyəcək".

AFFA-nın məşqçi kurslarına qatılmaq istəyən 18 yaşına çatmış şəxslər onlayn şəkildə (http://www.affa.az/index.php/ctimaiyyt/mqilr/how-become-a-coach/249) müraciət edə bilərlər. Həmçinin milli assosiasiyanın +994 12 404 27 77 (daxili: 11-30) nömrəsi ilə əlaqə saxlayaraq, kurslara yazılmaq olar. Məşqçi kursları ilə bağlı elanlar mütəmadi olaraq AFFA-nın rəsmi saytında yerləşdirilir. Kurslara başlamaq üçün bir sıra sənədlər və ödəniş tələb olunur. Ödəniş qarşılığında iştirakçılar geyim, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. "C" və "B" kateqoriyalı kurslarda, eləcə də lisenziyaların yenilənmə kursları zamanı AFFA-nın Futbol Akademiyasında eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir. "A" və "Pro" lisenziyası üçün kurslarda isə otaq mütləq təqdim olunur.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAKurslarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

AFFA "C" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Məhkumluq haqqında arayış; 3. Şəxsiyyət vəsiqəsinin surəti; 4. Sağlamlıq haqqında arayış; 5. 2 ədəd fotoşəkil (3x4)

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. "C" kursunun müddəti cəmi 15 gün təşkil edir.

Kurs iştirakçıları polo köynək, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kurs ilə eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

UEFA "B" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; 3. Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); AFFA "C" lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. "B" kursunun müddəti 3,5 ay təşkil edir.

Kurs iştirakçıları polo köynək, alt-üst idman kostyumu, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kursla eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

UEFA "A" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); UEFA "B" lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. "A" kursunun müddəti fasilələrlə 5-6 ay dəvam edir.

Kurs iştirakçıları otaq, polo köynək, alt-üst idman kostyumu, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAUEFA "Pro" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); UEFA "A" lisenziyanın surəti

Minimum yaş həddi 28-dir. "A" lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir). "A" lisenziyasını ən azı "3" qiyməti ilə almalıdır. Premyer Liqa, I Divizion klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi olmalıdır.

Təxminən, 1 il 4 ay sürən kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr). Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. "Pro" kursu fasilələrlə 1 il davam edir.

Kurs iştirakçıları otaq, nümayiş və məşq paltarları, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar.

Lisenziyaların yenilənmə kursları

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); Lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği "C" lisenziya üçün 100 manat, "B" lisenziya üçün 300 manat, "A" lisenziya üçün 500 manat, "Pro" lisenziya üçün 700 manat təşkil edir. Yeniləmə kursların müddəti 2 gündür (15 saat).

Kurs iştirakçiları qələm-dəftər, kurs ərzində gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kurs ilə eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

Bütün hallarda ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər. Ödənişlərdən əldə olunan vəsait təşkilati xərcləri qarşılamağa sərf edilir.

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAA.Kərimov orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə "D" kateqoriyalı məşqçi kursunun 3 günü əhatə etdiyi və bunun üçün heç bir ödəniş tələb olunmadığını bildirib. Onun sözlərin görə, "C", "B", "A" və "Pro" lisenziyası üçün ödəniş etmək lazımdır: "C" kateqoriyalı məşqçi kursları 15 günü əhatə edir. "B"də isə 3,5 aya qədər çəkir. Çünki burada artıq söhbət reallığa əsaslanan öyrənmə prosesindən gedir. Bu lisenziyanı almaq istəyən məşqçinin komanda ilə iş təcrübəsi olmalıdır. "A" kateqoriyası 6 aya yaxın davam edir. Bu kurslara gələnlər, məsələn, U-17 və ya U-19-un Avropa çempionatının seçmə oyunlarını izləyib, təhlillər aparmalıdırlar. Rəsmi iş yerin olmasa belə, təminat verməlisən ki, hansısa U-17 və ya U-19 komandasını ən azı 3 dəfə məşqə, 1 dəfə oyuna çıxarmalısan. Məşq keçməsən, məşqçi ola bilməzsən. Bu, artıq aksiomdur. Kurs ərzində təcrübə aparmaq imkanın olmalıdır. Məsələn, məğlub durumda olarkən, 4-2-2 sxemindən 4-3-3 düzülüşünə necə keçəcəksən? Lövhə üzərində hər şey əla ola bilər, "Barselona"nı da udarıq. Ancaq reallıqda bunu edib-edə bilməyəcəyini yalnız iş başında görmək mümkündür. "Pro"da isə tələblər daha yüksəkdir. Burada adətən, 7 modul olur. Sonuncuda isə 8-ci modul da əlavə olundu. Kurs iştirakçıları DÇ-2018-in oyunlarını analiz edərək, imtahan verdilər".

A.Kərimov deyib ki, Azərbaycanın əsas milli komandasının heyətində ən azı 1 oyun keçirən futbolçuya avtomaik olaraq "C" lisenziyası verilir: "Lakin biz həmin şəxslərə tövsiyə edirik ki, onlar qeyri-rəsmi də olsa, kurslarda iştirak etsinlər. Bu, sabiq milli üzvlərinin özləri üçün faydalıdır".

Gənc mütəxəssis AFFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursunu müstəqil təşkil edəcəyini bildirib: "İndiyə qədər AFFA-nın keçirdiyi UEFA-nın "Pro" kurslarında Avropa futbol qurumundan gələn mütəxəssislər də iştirak edirdilər. Lakin sonuncu kursdan sonra etimadı doğrultduğumuz üçün bu işi müstəqil şəkildə reallaşdırmağımıza icazə verildi".

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAƏvvəlki illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu "C" lisenziyası kimi qəbul edilirdisə, artıq buna icazə verilmir. Ancaq A.Kərimovun sözlərinə görə, hazırda AFFA ilə ADBTİA arasında danışıq gedir: "Bizim akademiyada tələbələrə kurs keçməyimizi və buna uyğun olaraq, məzunlara "C" lisenziyası verməyimizi istəyirlər. Ancaq vaxt məsələsi var, çatdırıb-çatdırmayacağımızı bilmirik. Ona görə də bu təklif hələ açıq qalıb".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu olan A.Kərimov onu da bildirib ki, hazırda il ərzində AFFA tərəfindən 5-6 dəfə "C" lisenziyası, 1 dəfə "B" və "A" lisenziyası almaq üçün kurslar təşkil olunur. "Pro" kursları isə 3 ildən bir olur. Həmçinin 6-7 dəfə "D" lisenziyası üçün kurslar baş tutur.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2160   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir

İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliy

2 may
.

Bulvarda "Prezident Kuboku" keçiriləcək - Video

Mayın 2-si və 3-ü Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yarışlar Bakı bulvarında "Yaxt Klub"un yaxınlığında təşkil olunacaq. Saat 11:00-da başlayacaq yarışlara giriş sərbəstdi

1 may
.

Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"

"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir". xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttini birinci keçən türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlər

3 may
.

Galatasarayın keçmiş hücumçusu 6 dəqiqədə 3 penalti qaçırdı

Qalatasarayın keçmiş futbolçusu Karlos Vinisius formasını geyindiyi Qremio klubunda unudulmaz bir gecə yaşayıb. xəbər verir ki, Copa Sudamericana çərçivəsində keçirilən Palestino matçında braziliyalı hücumçu qısa müddət ərzində ardıcıl şəkildə 3 penalti şansını qaçırıb. Cəmi bir neçə dəqiqəyə baş verə

30 aprel
.

DÇ-2026-nın rəsmi himni təqdim olundu: Şakira geri döndü - VİDEO

Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib. xəbər verir ki, bu barədə "Marca" portalı müğənninin paylaşımına istinadən məlumat yayıb. Bildirilib ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nı

7 may
.

Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlandı

Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb. "Kolambus Kryu" klubundakı çıxış edən 22 yaşlı futbolçunun illik maaşı 550 00 ABŞ dolları (vergilərsiz 93

13 may
.

Roland Hofer: "Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir"

Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir. "Report"un məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib. O, yarışa son hazırlıqları dəyərləndirib:. "Çox xoşbəxtəm ki, yenidən qayıtmışı

9 may
.

Poqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb. -ın nəşrinə istinadən xəbərinə görə, bu barədə Poqba "L1+" kanalının proqramında danışıb. "Mən sosial şəbəkələrd

3 may
.

"Sabah" son 18 mövsümdə bunu bacaran ilk klub oldu

"Sabah" son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməyib. Masazır təmsilçisinədə

1 may