"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ

"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏAzərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov Sonxeber.az-ın suallarını cavablandırıb.

- Zahid müəllim, ilk öncə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsilin üstünlükləri barədə məlumat verərdiniz.

- Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycanda nadir ali məktəblərdəndir ki, onu diplomu beynəlxalq səviyyədə tanınır. Bizim ali məktəbin diplomunu alan şəxs 170-dən çox ölkədə işləyə bilər. Bu mənada bizim diplomlarımızın çox böyük üstünlükləri var. Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris planları və metodikası beynəlxalq tövsiyələr üzərində qurulub. Biz Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarını rəhbər tutaraq təhsilimizi təşkil edirik. Başqa ali məktəblərdə praktika maksimum 14 həftə olduğu halda, bizdə 52 həftədir. 100-ə yaxın gəmidə tələbələr təcrübə keçirlər. Bizim sahəmizin üstünlüyü ondan ibarətdir ki, dənizçilik ixtisaslarını bitirənlərin hər biri yüksək əmək haqqı alır. Bizim elə tələbələrimiz var ki, təhsilini bitirib xarici şirkətlərdə 8000-10000 dollar maaşla işə düzəlir. Azərbaycanda da bu ixtisası bitirənlər yüksək maaş alır. Hüququ bitirən şəxslər bizim akademiyada ikinci təhsil almaq istəyir. O, gələcəyini təmin etmək üçün bu sahəyə can atır. Azərbaycan Dövlət Dəniz Akademiyasında müasir bazaya malik Təlim-tədris mərkəzimiz var. Avropa Dəniz Təhlükəsizliyi Agentliyindən bizə yoxlama gəlmişdi. Onlar Təlim-tədris mərkəzimizdən razı qaldılar. Bizim ən müasir trenajorlarımız və avadanlıqlarımız var. Ona görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC bizim təhsil ocağımıza "Sabit Orucov" sərnişin gəmisini tədris gəmisi kimi ayırıb. Akademiyanın tələbələri həmin gəmidə həm dərs, həm də təcrübə keçirlər. Bizdə Türkiyə, Hindistan, Ukrayna, Gürcüstan və Türkmənistandan tələbələr oxuyur. Həmin tələbələrə bizimkilər kimi yüksək şərait yaradırıq. Akademiyamızın üstünlüyü ondan ibarətdir ki, biz tələbələrimizə gündə iki dəfə isti yemək veririk. Müəllim və professorlarımız da tələbələrlə eyni qazandan yemək yeyir. Bundan əlavə, biz tələbələrimizi xüsusi geyim və yataqxana ilə təmin edirik.

"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ- Peşəkarlıq üçün təcrübə çox vacibdir. Akademiyada tələbələrin təcrübə qazanması üçün hansı imkanlar mövcuddur?

- Bizdə təcrübəyə xüsusi önəm verilir. Tələbə hər tədris ili bitəndə minumum 3 ay gəmidə olur. 4-cu kursda 4 ay, ümumilikdə isə 12 ay tələbələrimiz təcrübə keçirlər. Bu, Beynəlxalq Dəniz Təşkilatının tələbidir. Tələbələr minimum 52 həftə təcrübə keçməlidir. Bizim tələbələrimiz təcrübəni gəmidə real şəkildə keçirlər. Xarici sularda üzən gəmilərimizə də gedənlərimiz var. ADDA-da 3 dildə tədris aparılır: azərbaycan, rus, ingilis. İngilis dilində 4 qrupumız var. O, qruplardakı tələbələrimizlə ünsiyyətdə olsanız görərsiniz ki, bizim balalarımız ingilis dilini necə bilirlər. İngilis dilində təhsil almaq üçün uzağa getməyə ehtiyac yoxdur. Həmin qruplarda hindistanlı tələbələr var ki, onlar da ingilis dilində təhsil alırlar. Bizim təhsilimiz çox bahalıdır. Tələbələrin gəmidə təcrübə keçməsi üçün onlara kifayət qədər xərc gedir. Bütün xərclər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən ödənilir. Hətta xaricə gedən gəmilərdə təcrübə keçən tələbələr maaş alırlar. Yəni həm öyrənirlər, həm də qazanırlar. Tələbə gəmidən düşən zaman öz sahəsini yaxşı bilir.
- Zahid müəllim, akademiyada neçə istiqamət üzrə tədris həyata keçirilir?

- Bizdə bütün səviyyələr üzrə təhsilimiz var. Siravi heyət mütəxəssisləri, yəni matros, motorçu, elektrik hazırlanması, subbakalavriat (kollec), bakalavriat, magistratura, doktorantura pillələri var. Bakalavriat və magistratura pillələrində 4, doktorantura pilləsində isə 3 ixtisasımız mövcuddur.

"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ- Akademiyaya test üsulu ilə qəbul olunan gənclər savad baxımından sizi qane edirmi?

- Dənizdə işləmək yüksək savad və iradə tələb edir. Bu mənada arzu olunan tələbələr akademiyamızı seçmirdi. Amma son illərdə görülən tədbirlər nəticəsində 500-600 baldan yuxarı yığan abituriyentlər akademiyamıza daxil olur. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 450 baldan yuxarı balla daxil olan tələbələrimizə yüksək təqaüdlər təyin edir. Minimal təqaüd 100, maksimum isə 180 manatdır. Hesab edin ki, tələbələrimiz həm dövlət büdcəsindən, həm də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən təqaüd alırlar. Dərslik yazan müəllimlərimizə qrantlar ayrılır. Bütün addımlar tələbələrimizin normal şəraitdə arzuladıqları təhsili almaqdan ötrü atılır.

- Daxil olan tələbələr arasında qızlar da varmı?

- Əvvəllər qızların akademiyaya daxil olmasına qadağa qoyulmuşdu. Artıq o qadağa götürülüb. Hazırda akademiyada 5 qız tələbəmiz var. Onlar içərisində bir qızımız var ki, 600 balla gəmi sürücülüyünə daxil olub. Fatimə Abbasova. Hazırda ingilis dili qrupumuzdadır. O, gəmidə kapitan olmaq arzusundadır. Anası da bildirir ki, qızımın ən böyük arzusu kapitan olmaqdır.

"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ- Akademiyanın hansı beynəlxalq universitetlərlə əlaqəsi var?

- Demək olar ki, bir çox MDB və Avropa ölkələrində yerləşən universitetlərlə münasibətlərimiz mövcuddur. Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukraynadakı dəniz universitetlərilə sıx əməkdaşlığımız var. Bizim ikili diplom proqramımız var. Qazaxıstan üçün 30 tələbə hazırladıq. Hazırda Ukrayna, Gürcüstan ikili diplom proqramı ilə bağlı bizimlə əməkdaşlıq etmək istəyir.

- Tələbələrinizdən xaricdə təhsilini davam etdirənlər varmı?

- Biz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin dəstəyi ilə 2 tələbəmizi İsveçə, magistraturaya oxumaq üçün göndərmişik.

- Akademiyada xarici tələbələr üçün hansısa xüsusi güzəştlər nəzərdə tutulubmu?

- Xarici tələbələrimizə xüsusi diqqət və qayğı göstəririk. Bizim tələbələrimizə tətbiq etdiyimiz güzəştləri onlara da şamil edirik. Onlar da pulsuz yemək və geyimlə təmin olunurlar. Yataqxanada da onlar üçün xüsusi şərait yaradırıq ki, özlərini yad hiss etməsinlər.
- Gələcəyin dənizçisindən hansı keyfiyyətlər tələb olunur?

- Dənizçi çox savadlı və iradəli şəxs olmalıdır. O, öz sahəsində yüksək biliklərə malik mütəxəssis olmalıdır. Çünki ona həm insan həyatı, həm də minimum 30-40 milyonluq gəmi etibar edilir, gəmi isə ölkənin bayrağını daşıyır. Bilirsiniz ki, dəniz insanla zarafat etmir. Ona görə də gələcəyin dənizçisi xüsusi hazırlıq keçməlidir.

- Məzunların işlə təmin olunmasına Akademiya hansısa köməklik göstərir?

- Akademiyanı bitirən məzunlar həm Azərbaycanda fəaliyyət göstərən, həm də xarici ölkələrdə olan dənizçilik şirkətlərinə işə qəbul edilirlər. Bizim tələbələr xarici ölkələrə praktikaya gedən zaman öz iş yerlərini tapmış kimi olurlar. Azərbaycanda da xarici gəmiçilik şirkətləri var. Onlar bizim tələbələri təcrübə üçün qəbul edirlər. Sonra o tələbələrdən ən yaxşılarını seçib işə götürürlər. Bizim müəllimlərimiz var ki, yayda xarici gəmilərdə işləyirlər. Təsəvvür edin ki, onlar bir ayda 15-18 min dollar maaş alırlar. Onlar müasir gəmilərdə həm təcrübə keçirlər, həm də yaşayışlarını yaxşılaşdırırlar.

- Akademiyanın gələcək planları nələrdir?

- Azərbaycan Dövlət Dəniz Akademiyası qarşısına məqsəd qoyub ki, Azərbaycanda bu sahədə müasir təhsil modelini qursun. Bunun üçün də xaricdə bu sahədə təhsil verən ali məktəblərlə əlaqələr qururuq. Onların təhsilini öyrənib, yenilikləri ölkəmizə gətirməyə çalışırıq. Bundan əlavə çalışırıq ki, müasir trenajorlar alınsın və ana dilimizdə dərsliklər yazılsın. Bizim rəhbərlik çalışır ki, həm tələbənin, həm də müəllim heyətinin şəraiti yaxşılaşsın. Əsas hədəfimiz müasir tələblərə uyğun akademiyanı qurmaqdır. Elektron akademiya layihəsi həyata keçirilsə, bütün sistemlər elektronlaşacaq. İstəyirik ki, akademiyamızın adı hər yerdə hörmətlə çəkilsin.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ"Elə tələbələrimiz var ki, 8-10 min dollar maaş alırlar" - Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7395   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Müəllimi oğlumun çeynədiyi saqqızı dərsdə onun başına yapışdırıb" - Video

Dərsdə saqqız çeynəyən şagirdin müəllim tərəfindən alçaldıcı rəftara məruz qaldığı iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə Suraxanı rayonu Dədə Qorqud qəsəbə sakini Ceyran Kazımova müraciət edib. Onun sözlərinə görə, 315 nömrəli tam orta məktəbin müəllimi Rahib

9 iyun
.

Alınan məhsul qüsurlu çıxarsa, istehlakçının hansı hüquqları var? - AÇIQLAMA

Gündəlik həyatda istehlakçıların ən çox qarşılaşdığı problemlərdən biri aldıqları məhsulun qüsurlu və ya yararsız çıxmasıdır. Bəzən vətəndaşlar belə hallarda öz hüquqlarını bilmədikləri üçün məhsulu geri qaytara və ya dəymiş zərərin əvəzini tələb edə bilmirlər. Bəs Azərbaycan qanunvericiliyinə görə qüsurl

9 iyun
.

Telefonuna zəng gəldi, kartından 7000 manat çıxarıldı (VİDEO)

Özünü bank əməkdaşı kimi təqdim edən kiberdələduzlar vətəndaşın kredit kartından 6800 manat pul çıxarıblar. Hadisə Qobustan rayon sakini Şöhrət Zaidovun başına gəlib. "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, telefonuna zəng edilib və kart hesabına kənar müdaxil

9 iyun
.

Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi, 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı oğlu Kamran Abıyevlə birgə meyiti tapılan Əbülfəz Abıyev müəllim imiş. O, Avropa Azərbayca

8 iyun
.

Lisey və gimnaziyalara qəbul bu tarixdə başlayır

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır. Bu barədə -a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Qeydiyya

8 iyun
.

Yevlaxda 91 yaşlı qadın yanaraq öldü

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. "Report"a istinadən xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəl

9 iyun
.

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

8 iyun
.

Bu il 70 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2026-cı ilin ötən dövrü ərzində 70 uşağın övladlığa verilməsini təmin edib. Ölkə.az xəbər verir ki, onlardan 34-ü qız, 36-sı oğlandır. Bildirilib ki, övladlığa verilən uşaqların yeni ailələrdə vəziyyətinin öyrənilməs

9 iyun
.

Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb. xəbər verir ki, iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir. Sənəd parlamentə iyunun 8-də daxil olub. Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşki

9 iyun