İsa Həbibbəyli jurnalistin araşdırmasını öz adına çıxıb? - Akademiyadan CAVAB

İsa Həbibbəyli jurnalistin araşdırmasını öz adına çıxıb? - Akademiyadan CAVABXəbər verdiyimiz kimi Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Onları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycana dəvət edildiyi qeyd edilsə də onları əslində Azərbaycana dəvət edənin jurnalist Hafiz Əhmədov olduğu ortaya çıxıb.

Sonxeber.az xəbər verir ki, bununla bağlı jurnalist özü məlumat verib.

O, qeyd edib ki, bir neçə il öncə Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini tapıb, müsahibə götürüb:
"Müsahibə zamanı mən onları Azərbaycana dəvət etdim. Özləri də Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Bir gün gördüm ki, 211 ilə başlayan nömrədən mənə zəng gəldi. Zəng edən İsa Həbibbəyli idi. O, məndən Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərinin əlaqə nömrəsini istədi. Onların məndə əlaqə nömrələri olmadığını sadəcə məndə "Facebook" elektron unvanlarının olduğunu söylədim. Onların məndə olan bütün kontaktlarını İsa Həbibbəyliyə göndərdim. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Hər yerdə İsa Həbibbəylini adını çəksələr də, bir dəfə Hafiz Əhmədovun adını çəkən yoxdur. Gözlədim ki, açılışa məni dəvət edəcəklər. Lakin dəvət edən olmayıb. Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin nömrəmi silib, onlarınkını qeyd ediblər".

Jurnalistə cavab olaraq Ədəbiyyat İnstitutunun direktor Müavini Mehman Həsənli Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşirinin Bakıya gətirilməsində Hafiz Əhmədovun böyük əməyinin olduğunu təsdiqləyib: "Hörmətli Hafiz Əhmədov, sizin bu əlaqənin qurulmasında xidmətiniz danılmazdır. Heç kim bunu inkar etmir. İsa müəllim sizin bu xidmətinizi dəfələrlə səsləndirib. Sizin vasitənizlə əlaqə qurulandan sonra onların Bakıya gəlməsi üçün böyük iş aparılıb, zəhmət çəkilib. Onları da gözardı etmək olmaz. Əsas məqsəd Cəlil Məmmədquluzadənin nəslinin nümayəndələrinin 70 ildən sonra Azərbaycana gəlməsidir. Bu sizli, bizli hər birimizin uğurudur. Sizin müsahibənizi də hər kəs oxuyub, bilir. Onlar dünən Bakıya gəliblər. Bu gün, günün birinci yarısında dəvət olunmağınızla bağlı sizə məlumat verilib. Sabah onlar Ədəbiyyat İnstitutunda, Yazıçılar Birliyində tədbirlərdə olacaqlar. Biz sizi bir daha dəvət edirik. Sizə artıq məlumat verildiyi kimi Bakıya səfərinizlə bağlı bütün xərclər ödəniləcəkdir. Ədəbiyyat İnstitununun fəxri qonağı kimi buyurun, gəlin. Gözləyirik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1181   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021