"UNESKO ilə münasibətlərimizin inkişaf etməsində Mehriban Əliyevanın xüsusi rolu var"- Millət vəkili

"UNESKO ilə münasibətlərimizin inkişaf etməsində Mehriban Əliyevanın xüsusi rolu var"- Millət vəkiliParisdə UNESKO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Azərbaycan Ermənistandan başqa bütün beynəlxalq təşkilatlarla və dövlətlərlə çox sıx münasibət saxlayır. BMT ilə də sıx əməkdaşlıq edirik. Eyni zamanda BMT-nin qurumları ilə də əlaqələrimiz inkişaf tempinə malikdir. Bu baxımdan UNESKO-Azərbaycan münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Artıq UNESKO ilə əlaqələrimizin 25 illiyi tamam olur. Bu 25 il ərzində UNESKO-Azərbaycan münasibətlərinə diqqət yetirsəniz görəcəksiniz ki, humanitar sahədə əlaqələr çox dinamik inkişaf tempinə malikdir. Bu əlaqələrin inkişafında cənab prezidentimiz İlham Əliyevin xüsusi xidmətləri var. Cənab prezident İlham Əliyev Parisə işgüzar və qeyri-rəsmi səfərləri zamanı UNESKO-Azərbaycan münasibətlərinin inkişafına da töhfə verə biləcək idealarla çıxış edir. Eyni zamanda mövcud problemləri də qaldırır. Bir neçə il öncə UNESKO-nun tribunasında çıxış edən zaman vurğuladı ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib. Gün gələcək işğal altında olub, dağıdılmış şəhərlərimizin, yollarımızı yenidən bərpa edəcəyik. Amma ermənilərin məhv etdiyi milli, mədəni, tarixi abidələrimizi yenidən bərpa etmək çətin olacaq. Cənab president UNESKO-nun tribunasından Ermənistanın vandalizm siyasətini açıb göstərərək bütün dünyaya ifşa etdi. UNESKO ilə münasibətlərimizin inkişaf etməsində Azərbaycanın birinici vitse-prezidenti Mehriban xanım Əliyevanında da xüsusi xidmətləri var. Mehriban xanım Əliyeva həm UNESKO-nun həm də ISESKO-nun xoşməramlı səfiridir. Bir şəxsin timsalında hər iki qurumun xoşməramlı səfiri olmaq Mehriban xanımın gördüyü işlərə verilən böyük dəyərdir. Çünki Mehriban xanım xeyiryyəçi əməllərini təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə də həyata keçirir. Onun atdığı addımlar UNESKO səviyyəsində yüksək qiymətləndirilir. Azərbaycan-UNESKO münasibətlərinin 25 illiyinin qeyd edilməsi o deməkdir ki, bundan sonra da əlaqələrimizin inkişafı üçün yeni yollar açılacaq, yeni münbit şərait formalaşacaq. Çox istərdik ki, bu təşkilat çərçivəsində əlaqələrimiz eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə son qoyulması məsələsində də daha ciddi töhfələr verəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 769   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021