Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏR

Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏR"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 20-25-də Rusiya Federasiyasına etdiyi səfər ikitərəfli münasibətlərə ciddi təkan verəcək".

Bunu "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Xatırladaq ki, sözügedən səfər çərçivəsində Azərbaycanın I xanımı paytaxt Moskvadakı Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib, Dövlət Tretyakov Qalereyasına baş çəkib, "Lujniki" Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) əsaslı yenidənqurma aparılan Azərbaycan pavilyonunun açılışında, eləcə də Sərginin "Kosmos" binasında keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putin, Baş Naziri Dmitri Medvedev, Federasiya Şurasının sədri Vaıentina Matviyenko ilə görüşüb.

Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏRM.Əliyeva görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, qeyri-neft məhsullarının idxalı üzrə I yeri tutduğunu qeyd edib: "Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19% artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24%-ə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür. Turizm sahəsində yaxşı göstəricilər var. Rusiyadan bizim ölkəmizə səyahət edənlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir".

Politoloq İlqar Vəlizadə

"Rusiya Azərbaycan bazarını itirmək istəmir"

İ.Vəlizadənin sözlərinə görə, iqtisadi münasibətlərdə regionlararası əməkdaşlığa kifayət qədər böyük önəm verilir: "Azərbaycanın Rusiyanın 70-dən artıq vilayəti ilə iqtisadi münasibətləri var. Onlarla müqavilə imzalanıb. Ticarət dövriyyəsinin böyük bir qismi regionların payına düşür. Səfər göstərdi ki, Rusiyanın iri şirkətləri və regional subyektləri Azərbaycanla investisiya cəlb edilməsi baxımından əməkdaşlıqda maraqlıdır. Bu illər ərzində Rusiya-Azərbaycan münasibətlərində investisiya məsələsi vacib rol oynayıb. Azərbaycan və Rusiyanın qarşılıqlı investisiya qoyuluşu az deyil. Nəzərə alsaq ki, Azərbaycan bir o qədər də böyük ölkə deyil, Rusiya besnesmenlerinin Azərbaycana marağı göstərir ki, ölkəmiz investisiya qoyuluşu baxımından əlverişlidirr və Rusiya biznesi bunu layiqincə qiymətləndirir. Azərbaycan da Rusiyanın emal sahələrinə yatırımlar edib. Səfər də onu göstərir ki, Rusiya Azərbaycan bazarını itirmək istəmir, münasibətləri inkişaf etdirməkdə maraqlıdır və bunun üçün addımlar atır".

Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov

"İki ölkənin şirkətlərinin investisiya yatıracağı sahələr hələ də mövcuddur"

"M.Əliyevanın səfərini həm siyasi, həm də iqtisadi baxımdan yüksək qiymətləndirirəm".

Bunu isə "Report"a açıqlamasında Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov deyib.

"Bu yaxınlaşma təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında başlıca rol oynayan Rusiyanın mövqeyinə təsir göstərə bilər. Bundan başqa, hazırda bir sıra ölkələr arasında ticarət müharibələri gedir. Bəzi ölkələrə iqtisadi sanksiyalar qoymaqla və yaxud hansısa ölkəni zəiflətməklə iqtisadi nüfuz dairəsini genişləndirmək cəhdləri var.

Daima Qərbin təzqiqlərinə məruz qalan Rusiyanın regionda özünə daimi iqtisadi tərəfdaş axtardığı açıq-aydın görünür. Biz bunu Rusiyanın ölkəmizə yatırdığı sərmayələrdən hiss edə bilərik. Unutmaq lazım deyil ki, iqtisadi güc həlledici rol oynayır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkə məhz Rusiyadır. Ticarət dövriyyəsinin daha da artırılması və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiyada açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərməkdədir.

Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏRİndiyə qədər Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş imzalanıb. Ötən il isə 2024-cü ilə qədərki dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 "Yol xəritəsi"ni ehtiva edir. Bu sənədlər ticarətin və qarşılıqlı sərmayələrin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, eləcə də humanitar əlaqələrə istiqamətlənib.

Hesab edirəm ki, M.Əliyevanın Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında imzalanmış yeni sənədlər rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək. Bu səfərin daha çox iqtisadi xarakter daşıdığını nəzərə alaraq demək ki, ölkəyə investisiya yatırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin görüşdə də deyildiyi kimi, Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq imkanlarından lazımınca istifadə olunmayıb. Belə ki, həm Rusiya, həm Azərbaycan şirkətlərinin investisiya yatıracağı sahələr hələ də mövcuddur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 635   Tarix: 26 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr