Dəmir yolu stansiyasından soyğunçuluq edən şəxslər saxlanıldı - FOTO

Dəmir yolu stansiyasından soyğunçuluq edən şəxslər saxlanıldı - FOTOPaytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıblar. Zərərçəkən başına gələn hadisə barədə polisə məlumat verən kimi dərhal cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi və Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının "isti" izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov tutularaq məsuliyyətə cəlb ediliblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf ediblər.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 602   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycana göndərilən miqrantlar beş il Rusiyaya gedə bilməyəcəklər

Rusiyanın Xabarovsk şəhərində azərbaycanlı miqrantlar saxlanılıb.. . Oxu.Az-ın xəbərinə görə, saxlanılan dörd miqrantın ikisi azərbaycanlı, ikisi isə Özbəkistan vətəndaşı olub.. . Qanunsuz miqrantlar yaşayış yerlərində sənədlərin yoxlanılması zamanı saxlanılıblar.. . Onlar qanunsuz olaraq küçə ticarət

3 dekabr 2019

Bakıda evdən 2500 manatlıq oğurluq edildi

Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlanıb.. . Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.. . Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrı

3 dekabr 2019

Axtarışda olan 20 nəfər TUTULDU - DİN

19-cu il dekabr ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.. . DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü "ist

3 dekabr 2019

Gəncədə top mərmisi aşkar edildi

Gəncədə 1 ədəd 30 mm-lik zenit top mərmisi aşkar edilib.. . Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Sonxeber.az-a verilən məlumata görə, dekabrın 2-si saat 16:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri ərazisində Kəlbəcər rayonunda

3 dekabr 2019

Siyəzəndə narkotik alverçisi tutuldu - FOTO

Siyəzəndə narkotik satan şəxs iş başında yaxalanıb.. . Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqd

2 dekabr 2019

Azərbaycanda yaşlı kişi oğlunu və gəlinini doğradı – DƏHŞƏTLİ OLAY

Bir neçə ay əvvəl Goranboy rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.. . News24.az-ın məlumatına görə, 1943-cü il təvəllüdlü İsgəndərov Qasım İlyaz oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıql

2 dekabr 2019

Bakıda ərəb evə əylənmək üçün qadınlar gətirdi, soyuldu

Bakının Səbail rayonunda xarici turistlər qarət edilib.. . Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.. . Dörd nəfər naməlum qadın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində kirayə mənzildə məskunlaşmış Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1991-ci il təvəllüdlü Alomira Soxuil

2 dekabr 2019

Bakıda silahlı insident: 1 nəfər yaralandı, 2 nəfər həbs edildi

Bakının Suraxanı rayonunda silahlı insident olub.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovu

2 dekabr 2019

Şəmkirdəki dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, fakta görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmə

2 dekabr 2019