Yağ adı altında yediyimiz kimyəvi qatqılar - DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Yağ adı altında yediyimiz kimyəvi qatqılar - DƏHŞƏTLİ FAKTLAR - VİDEOMarketlərdə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Qiyməti də 1 litri 2-3 manat. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?

Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüseynov – AİB sədri: "Adətən əmtəə bazarına çox yaxşı bir brend kimi girirlər. İstehlakçının necə deyərlər simpatiyasını qazanırlar. Sonra onun saxta variantlarını distribütorlar özləri gətirirlər. Neçə illərdir biz bunu müşahidə edirik. Azad istehlakçılar birliyinin təsiri ilə bəzi yağlar hətta satışdan çıxarılıb artıq. Ərəb əmirliklərindən gətirilən".

Sakin: "1 kq günəbaxanı əkmək üçün xeyli miqdarda əkin sahəsi lazımdır. Bəs onun bazarda kilosu neçəyədir? Neçə kiloqramdan 1 litr yağ almaq olar? Şübhəlidir ki, o günə baxan yağı deyil".

İsa Əliyev – Qida mühəndisi: "Çox ucuz qiymətə yağlar satılır ki, onların mənşəyi heç bir şəkildə bəlli deyil. Adını qoyurlar günəbaxan yağı və yaxud da qarğıdalı yağı, amma içində soya yağı var, palma yağı var və yaxud da pambıq yağı var. Bu bitkisəl yağlar günəbaxan, qarğıdalı yağından daha az qida dəyəri olan yağlardır".

Mövzu ilə bağlı sözügedən yağların satışını həyata keçirən supermarketlərin nümayəndələri danışmaq istəmədilər. Ona görə də, əsasən Rusiya və Türkiyə istehsalı olan bu yağların idxalçı şirkətlərini axtarmaq qərarına gəldik.

Eyyub Hüseynov – AİB sədri: "2 il öncə Rusiyadan idxal olunan yağın ekspertizasını keçirtdik. Məlum oldu ki, o heç də üzərində yazıldığı kimi qarğıdalı yağı deyil. Digər yağların qarışığıdır. Bir sözlə yağ bazarı həddindən artıq çirklənmiş bir bazardır. İstehlakçının əlbəttə hüquqları pozulur".

İsa Əliyev – Qida mühəndisi: "Ekonomik seqmentə necə hakim olma müharibələri gedir. Yəni daha ucuz malı mən bazara daxil edəcəm, o məhsula günəbaxan yağının aromasını vuracam, qarğıdalı yağının aromasını vuracam. Biraz rəngləndirəcəm, orijinalına yaxın gösərəcəm və insanlara daha ucuz yağ satacam".

Ucuz ətin şorbası olmadığı kimi, ucuz yağın da keyfiyyətinə əsaslı şübhələr var. Amma yenə də seçim alıcılarındır...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2467   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətl

26 may
.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. OxuAz xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb. "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanları

24 may
.

"Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən böyük vasitədir" - Firudin Qurbanov

Süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir. xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib. Onun sözlərinə görə, di

25 may
.

Bakıda evin bir hissəsi çökdü - Fotolar

Paytaxtın Xətai rayonunda yerləşən evin həyətyanı sahəsi çöküb. Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 17-də qeydə alınıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsind

26 may
.

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanı

24 may
.

Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı

Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı. Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.Qeyd edək ki, Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi"

26 may
.

İmtahanda maksimum bal toplayan 4 nəfər kimdir?

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Qaynarinfo Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb oluna

26 may
.

Almaz Hacıyeva vəfat etdi (FOTO)

SSRİ dövründə Ağdaş və Saatlı rayonlarının birinci katibi olmuş Almaz Hacıyeva vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Almaz Hacıyeva 1978-82-ci illərdə Ağdaş, 1982-87-ci illərdə isə Saatlı rayonunu

25 may
.

Bakcell və Gənclər Fondunun "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının iştirakçıları müəyyənləşib. Seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb. Gənclərin innovasiya

25 may