"28 May xalqımızın milli qürur və dövlətçilik günüdür" - DEPUTAT

"28 May xalqımızın milli qürur və dövlətçilik günüdür" - DEPUTAT"28 May - xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyi, hər bir azərbaycanlının milli qürur hissi keçirdiyi bir gündür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət, ilk parlamentli demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il keçir. Məhəmməd Əmin Rəsulzadənin öz fədakar silahdaşları ilə birlikdə əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay ömür sürməsinə baxmayaraq, öz şərəfli missiyası ilə xalqımızın dövlətçilik ənənələrini bərpa edərək qısa mövcudluğu dövründə misilsiz nailiyyətlərə imza atdı və ölkəmizin tarixində çox böyük iz qoya bildi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Əli Məsimli danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və türk-müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət quruluşunu elan edən tarixi fenomen kimi milli, regional və qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir:

"Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın bəşəri, milli və dini dəyərlərə ehtiramının, milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Tariximizin çox qısa bir zaman kəsiyində xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilərək millətimizə üz ağlığı gətirən və qürur verən mühüm işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xidmətləri arasında cinsindən, irqindən, millətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, hələ o dövrdə qadınlara seçki hüququnun tanınması ilə Azərbaycanın bu sahədə bir çox Qərb dövlətlərini qabaqlayaraq demokratik və hüquqi dövlətin təməlini qoyması; milli rəmzlərimiz olan üçrəngli bayrağımızın, dövlət himnimizin və gerbimizin ilk dəfə AXC dövründə təsdiq edilməsi; milli ordunun yaradılması; təhsil və mədəniyyət sahəsində görülən faydalı işlər, ilk milli universitet - Bakı Dövlət Universitetinin təməlinin qoyulması və savadsızlığın ləğvi istiqamətində mühüm addımlar atılması; iqtisadi sahədə islahatlar istiqamətində atdığı addımlar, Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələr qurması və digər bu kimi mütərəqqi və zəruri işlər xüsusi yer tutur.

Dünya birliyi tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Ona görə də 28 May Azərbaycanın dövlətçilik tarixində azadlığın, müstəqilliyin qazanıldığı, hər bir azərbaycanlının milli qürur hissi keçirdiyi bir gün kimi xüsusi önəm daşıyır.

70 illik fasilədən sonra, 1991-ci ildə biz yenidən müstəqilliyimizə nail olduq. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Sovetlər Birliyinin dağılması ərəfəsində açıqlanan araşdırmalarda SSRİ-nin 15 respublikası arasında müstəqil yaşamağa qadir olanlardan danışılarkən Rusiyadan əlavə ikinci belə respublika kimi daha çox Azərbaycanın adı çəkilirdi. Amma Sovetlər Birliyinin dağılması ilə ortaya çıxan hadisə və proseslər göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq və ona real məzmun vermək, müstəqilliyə nail olmaq qədər çətin bir məsələdir.

Doğrudan da biz müstəqilliyimizə real məzmun verilməsi yolunda işğal nəticəsində 20 faiz ərazimizi, eləcə də iqtisadi potensialımızın 15 faizədək hissəsini itirməkdən - 2020-ci ildə İkinci Qarabağ müharibəsində 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsində işğaldan azad etməklə dünyanı heyrətə salan tarixi Zəfərə və 2023-cü ilin 19-20 sentyabrında isə iki əsrdən çox davam edən Qarabağ problemini həll etməklə tariximizə iki əsrə bərabər şərəfli bir gün yazmağa, eləcə də suverenliyimizin təntənəsi olan Böyük Qayıdışa qədər çox mürəkkəb bir yol keçdik.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşıya qoyduğu məqsədlər içərisində Azərbaycanın suverenliyi təbii surətdə mərkəzi yer tuturdu. Suverenlik - böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır. Azərbaycanın suverenliyini bərpa etməsi təkcə özü üçün deyil, bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir.

Bu Zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızın dirçəlişini deyil, həm də Azərbaycanın regionda yaratdığı yeni situasiya ilə Cənubi Qafqazın sülh və sabitlik mərhələsinə keçməsi, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir.

Bu il də Azərbaycan Müstəqillik Gününü ölkəmizin tarixində və həyatında tutduğu özünəməxsus yerə layiq səviyyədə qeyd edir. Bu müqəddəs gündə Azərbaycan dövlətini quran, onun üçrəngli bayrağını yüksəldən, dövlət atributlarını - gerbini və himnini ərsəyə gətirən qurucu babalarımızın, eləcə də Azərbaycanın müstəqilliyi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçərək uca şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir daha dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa və sağlam uzun ömür arzulayırıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1026   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

ABŞ-Çin münasibətlərində yeni mərhələ: Dünyanı nə gözləyir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ ilə Çin arasında münasibətlər son illərdə təkcə iki ölkənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Ticarət müharibələri, texnologiya sahəsində rəqabət, Tayvan ətrafında artan gərginlik və qlobal təsir uğrunda mübarizə Vaşinqton-Pekin xəttini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib

5 avqust
.

Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsinin davam etdirilməsi vacibdir. xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. "Nəqliyyat infrastrukturu sahəsində əlaqələr də daxil olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri

13 avqust
.

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond

10 avqust
.

ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarix

10 avqust
.

İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

12 avqust
.

"AZCON Holdinq"ə yeni səlahiyyət verildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonr

6 avqust
.

İsrail İrana qarşı müharibəyə qoşula bilər? - POLİTOLOQDAN AÇIQLAMA

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi fonunda İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşula biləcəyi ilə bağlı iddialar beynəlxalq gündəmdə geniş müzakirə olunur. Rəsmi səviyyədə yekun qərar açıqlanmasa da, bölgədə baş verən son hadisələr və tərəflərin sərt bəyanatlar

6 avqust
.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT

2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri d

10 avqust