""Pole Çudes"də 8 yaşlı moskvalı qız dünyanın ən bacarıqlı siyasətçisi kimi Heydər Əliyevin adını çəkmişdi"- Cavanşir Paşazadə

""Pole Çudes"də 8 yaşlı moskvalı qız dünyanın ən bacarıqlı siyasətçisi kimi Heydər Əliyevin adını çəkmişdi"- Cavanşir PaşazadəDekabr ayının 12-si Ümummulli lider Heydər Əliyevin anım günüdür.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə bildirib ki, 16 ilin keçməsinə baxmayaraq biz Ulu önderin ideyalarını, fikirlərini öyrənməyə davam edirik: "Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Azərbaycanın müstəqiliyinin əldə edilməsində, dövlətimizin bu qədər güclü olmasında və xalqımızın firəvan yaşamasında Ulu öndər Heydər Əliyevin misilsiz zəhmətləri var. Ulu öndər haqqında hər bir azərbaycanlı saatlarla danışar. Bilirsiniz ki, Ulu öndər SSRİ dövründə ən böyük vəzifələrdən birini tuturdu. Xalqın çağırışı ilə Azərbaycana gələrək bizi yenidən əsarət altına düşməkdən xilas etdi. O dövrdə Heydər Əliyev bizi xilas etmək üçün hər yoldan istifadə etdi".

Cavanşir Paşazadə qeyd edib ki, birinci dönəmdə onun Milli Məclisdə çıxışları hər kəsin yaddındadır: "O zaman Milli Məclisdə oturanlar onun çıxış etməsini istəmirdi. Min bir oyunlarla onun çıxışlarını kəsir, ayaqlarını yerə vururdular ki, onun səsi eşidilməsin. Onun çıxışlarını boykot edirdilər. Bu gün deputatlar düyməni basıb rahat çıxış edirlər. Amma o zaman çıxışlar tribunada olurdu. Ona da imkan vermirdilər. Ulu öndər özü tək-tək rayonları gəzib insanların problemləri ilə maraqlanırdı. Bir dəfə Ulu öndər hər bölgədən olan vəzifəli şəxsləri dəvət etmişdi. Mən həmin dövrdə çay fabrikinin müdiri idim. O görüşə mən də dəvətli idim. 40-50 nəfər o görüşdə iştirak edirdi. Ulu öndər hər birimizin qarşısına tapşırıq qoydu ki, orduya dəstək olmalısınız. Bilirsiniz ki, o dövürdə ordumuzda vəziyyət ürəkaçan deyildi. Əsgərlərimiz yırtıq çəkmədə gəzir, geyim, silah yox dərəcəsində idi. Kimin nəyə gücü çatırdısa, orduya yardım edirdi. Moskva ilə əlaqəsi olanlara tapşırıq verdi ki, əsgərlər üçün hərbi ləvazimatlar və geyimlər gətirsinlər. Ulu öndər Heydər Əliyev rayonlarda işlərini düzgün aparmayan bəzi icra başçılarına öz iradlarını bildirib, söylədi ki, bölgələrdə, kəndlərdə hörməti olan cavan, yaşlı nəsli ətrafına yığıb dövləti yenidən qurmaq istəyir. Onlardan da tək istəyi dövlətçiliyimizə dəstək olsmaları idi. Ulu öndər Heydər Əliyev hər birimizdən dəstək istəyirdi".

Cavanşir Paşazadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyev zarafatı, yumoru çox sevirdi: "O, bir dəfə yağışlı gündə Lənkərana gəlmişdi. O görüşdə baş nazirin müavinləri və başqa vəzifəli şəxslər iştirak edirdi. Yağış hər birini islatmışdı. Ulu öndər Heydər Əliyev o zaman onlara baxıb dedi ki, mən necə göründüyümü bilmirəm, amma yağış sizi çox isladıb. Naxçıvanda alça yeməsi, çayı dişləmə qəndlə içşməsi onun sadəliyinin bariz nümunələridir. Ulu öndər hər tərəfli bir insan idi. Bilirsiniz ki, Ulu öndər hər zaman uşaqları çox sevib. Eləcə də uşaqlar onu öz babaları kimi görürdü. Heç bir zaman yaddımdan çıxmaz, Moskvada yayımlanan "Pole Çudes" verilişində anası ilə birlikdə iştirak edən balaca qızdan dünyanın ən bacarlıqlı siyasətçisini soruşanda o, Heydər Əliyev cavabını verdi. Bilirsiniz ki, o dövrlər Ulu öndərimiz Heydər Əliyev Moskvada işləyirdi. Düşünün, 8 yaşında, siyasətdən uzaq olan bir uşağın ürəyində ulu öndərimiz Heydər Əliyevə qarşı necə böyük sevgi olub".

Cavanşir Paşazadə Ulu öndər Heydər Əliyevlə bir neçə görüşünün olduğunu qeyd edib: "Mən özümü xoşbəxt hiss edirəm ki, belə bir dahi şəxsin əlini sıxıb, görüşmüşəm. Əgər xalqını sevib, dəyər verən bir liderə sahibsək, biz çox xoşbəxt xalqıq. Allah Ulu öndər Heydər Əliyevə rəhmət etsin. Ulu öndər Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün böyük əmək sərf edib, xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazıb. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı var olduqca hər zaman ürəyimizdə, yaddaşlarımızda yaşayacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2681   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel