Çoxlarının gözlədiyi mənzillərin satışa çıxarılmasına günlər qalır

Çoxlarının gözlədiyi mənzillərin satışa çıxarılmasına günlər qalırBu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. Fond artıq bu mənzilləri təklif etməyə hazırdır.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadla bildirir ki, bu ilin yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında Fərman imzalayıb. Qaydalara əsasən aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Artıq bir neçə aydır ki, sosial layihələrdən biri olan kirayə mənzillərin bu ilin dekabrında satışa çıxarılacağı bildirilir. Bu vaxtın dəqiq nə vaxt olacağı isə ev sahibi olmaq istəyənləri çox düşündürür.

İqtisadçı-alim Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Fond tərəfindən dekabrın ikinci yarısında satışa başlanılacağı bildirilmişdi. Bizdə olan məlumata görə, artıq bank tərəfindən evlərin alınması və təmiri prosesi başa çatıb. Bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. Fond artıq bu mənzilləri təklif etməyə hazırdır. Ehtimal ki, yaxın günlərdə sistem işə salınacaq".

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a bildirilib ki, hələlik evlərin satışa çıxarılacağı tarix bəlli deyil. Qeyd olunub ki, bu mənzillərlə bağlı sistemin işə düşməsinə çox az vaxt qalıb.

Bundan başqa, kirayə mənzillərlə bağlı bir müddətdir ki, qaranlıq qalan suallarla bağlı məsələlərə də sistem işə düşdükdən sonra aydınlıq gətiriləcəyi vurğulanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1524   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel