Türkiyədə müalicə alan Xalq artisti: MRT-yə ödəyəcəyim pulun miqdarını söyləyəndə şoka düşdüm

Türkiyədə müalicə alan Xalq artisti: MRT-yə ödəyəcəyim pulun miqdarını söyləyəndə şoka düşdümTürkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib:

"Beyin və qan təzyiqimin yuxarı olması ilə bağlı səhhətimdə ciddi problemlər yarandı. Ona görə də Türkiyəyə getdim. İnanın, müalicəm mənə baha başa gəldi. Orada həkimlər və müalicə çox bahalıdır. Həddindən artıq çox pulum çıxdı".

N.Allahverdiyeva müalicəsi ilə bağlı maliyyə baxımından aldadıldığını da dilə gətirib, gileyləndi:

"Türkiyədə müalicə aldığım klinikanın distribüteri Bakıda da var. Onların yolu ilə Türkiyədəki həmin klinikaya getdim. Amma məni aldatdılar. Mənim vəziyyətim elə kritik idi ki, götür-qoy etməyə və düşünməyə zamanım yox idi. Təcili olaraq getməli idim. Türkiyədə soyuldum. Çox bahaçılıqdır. Türk vətəndaşlarının tibbi sığortası var. Ona görə onların xəstəxanalara bizim kimi külli miqdarda xərcləri çıxmır. Bakıdan gedəndə Türkiyədəki klinikanın bu qədər baha olduğunu mənə söyləmədilər. Ora tək getməmişdim, yanımda yaxın qohumum var idi. Özümdə-sözümdə deyildim. MRT-yə ödəcəyim pulun miqdarını mənə söyləyəndə şoka düşdüm".

Bir iynənin ucbatından komaya düşüb, vəziyyəti ağırlaşan xalq artisti Bakıda müalicəsinin onun üçün riskli olduğunu anlayıb, məhz bu səbəbdən Türkiyəyə üz tutduğunu vurğuladı:

"Bakıda müalicəmə kifayət qədər böyük məbləğdə pul xərclədim. Onlar mənə dəqiq diaqnoz da qoya bilmədilər. Vəziyyətin daha da gərginləşdiyini gördükdən sonra, qorxub, təlaşlanıb çarəni Türkiyəyə getməkdə gördüm. Səhhətim çox pis və ağır idi. Burada müalicə aparmaqdan imtina etdim. Çünki həkimin bir iynəsi məni "koma halı"na saldı, "şoka" düşdüm. Bundan sonra gözüm çox qorxdu. O üzdən qərar verdim ki, Türkiyəyə gedib, orada müalicə almalıyam.

Mən artıq işə çıxıram. Mədəniyyət Nazirliyi, bir çox sənət yoldaşlarım və məni sevən pərəstişkarlarım zəng vurub səhhətimlə maraqlandılar. Onların hər birinə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3597   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021