Qalmaqal böyüyür – Yediyimiz toyuqdur, yoxsa təhlükə daşıyan əcaib məxluqlar?

Qalmaqal böyüyür - Yediyimiz toyuqdur, yoxsa təhlükə daşıyan əcaib məxluqlar?Türkiyəli məşhur qida mütəxəssisi, professor Canan Karatayın toyuqlarla bağlı dediyi ölkədə qalmaqal yaradıb. Belə ki, o, quşçuluq fabriklərində yetişdirilən toyuqların, broylerlərin insan sağlamlığı üçün çox təhlükəli olduğunu deyib. C. Karatay bildirib ki, həmin heyvanlar toyuq belə deyil.

O qeyd edib ki, bizim toyuq adı ilə yediyimiz həmin heyvanlar laboratoriya şəraitində yaradılmış əcaib məxluqlar, "yaratık"lardır. Onun sözlərinə görə, həmin quşlara müxtəlif dərmanlar, antibiotiklər verilir və bu da insan sağlamlığı üçün çox təhlükəlidir.Türkiyənin dünyaca tanınmış ürək həkimi, professor Bingür Sönmezin də məsələyə qarışması qalmaqalı daha da böyüdüb. Belə ki, məşhur cərrah quşçuluq fabriklərində yetişdirilən toyuqların çox sağlam olduğunu və insanlar üçün təklükə daşımadığını bildirib. B. Sönmez əksinə, evdə bəslənən toyuqları insanlar üçün təhlükə mənbəyi hesab edib. O vurğulayıb ki, həmin toyuqlar fabrikdəkilər kimi bir yerdə dayandırılaraq qidalandırılmır və yeminə nəzarət olunmur. Bu səbəbdən də onlar hər yeri gəzir müxtəlif həşəratlar, mikroblu qidalar, hətta öz nəcislərini belə yeyir. Onların nəcisində də təhlükəli viruslar olur və bu da insan sağlamlığı üçün qorxuludur.

Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə toyuqlara necə nəzarət olunur? Onlarda da hansısa təhlükə varmı?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli ilə əlaqə saxladıq. "Yeni Sabah"a danışan. N. Nəsirli ölkəmizdə yetişdirilən toyuqlarla bağlı maraqlı məqamlara toxunub:

"Azərbaycanda uzun illərdir ki, bu mövzu barəsində müzakirələr gedir. Mən çox istəyərdim ki, Azərbaycanda gemo elmi inkişaf etsin. Hər şeyə gemo deməyin özü naşılıq əlamətidir. Ölkəmizdə nəyi böyük görürlərsə, nə göz oxşayırsa, gemo deyirlər.

Broyler toyuqları ilə bağlı məsələ bundan ibarətdir ki, bu quşlar elmi selekiyaya uğrayıblar, təbiətdə belə bir quş yoxdur. Amma heyvandarlıqda seleksiya deyilən bir elm var. Seleksiya cinsi-cinsə çarpazlaşdırmaq yolu ilə yeni cins nəsil, növ əldə edirlər. Broyler toyuqlarında əsas maraq döş ətinə olur, hər il seleksiya aparılır ki, toyuğun döş əti çox olsun. Bu proses bitkilər üzərində də aparılır. Bitkiçilikdə isə hibridləşmə adlanır. Bu gemo deyil.

Broyler sənayəsinə gəldikdə isə, yediyimiz və ya damazlıq quşlar xarici ölkələrdən əldə olunur. Bizim quşçuluqda əsas problemimiz damazlığımızın olmamasıdır. Bu toyuqları 35-40 gün proteinli yeməklə yemləyib, bir kilo yarım, və ya bir kilo 700 qr çəkiyə çatdırılır. Mən sadə bir sual vermək istəyirəm, bir insanı 40 gün hərəkət etmədən proteinli yeməklər qidalandırsaq, o insanın çəkisi artmazmı? Artar, əlbəttə. Cücə formasında gətirilən toyuqlara artıq 1 günlüyündə xəstəliklər əleyhinə vaksinlər vurulur. O vaksinlərdən bizə də vurulur.

Bizdə nə gemo var, nə də gemo quşları var. Burada bir şübhəli məsələ quşlara verilən yemdir. Bizim özümüzdə yem məsələsini təmin edə bilmirik. Sahibkarlarda məcburən bunu Argentinadan, Brazilyadan, Meksikadan alıb gətirilər. Onlarda gizlətmirlər ki, biz bu qidaların üzərində gemo əməliyyatı aparmışıq".

Ekspert Bir müddət əvvəl Azərbaycanda toyuqlara vurulan iynələrlə bağlı da danışıb:

"Bir müddət öncə quşlara iynələr vurulması ilə bağlı xəbərlər yayılmışdı. Mən özüm şəxsən bu fermaları gəzmişəm, elə birşey yoxdur. Əgər belə əməliyyat aparıldısa, nə əcəb orada işləyən işçilər bunu mobil telefonlarla videolentə almayıblar? Belə bir şey yoxdur. Digər tərəfdən isə burada mənəvi amil var, o da müsəlmandır. Bu texnologiyanın özü bahalıdır. Onu buraya gətirən sahibkara yarım milyon avroya başa gələcək".

O, quşların öz nəcislərini yeməsi məsələsinə də aydınlıq gətirib:

"Quşçuluqda hannibalizm adlı xəstəlik var. Hannibalizm o zaman baş verir ki, quşlarda vitamin və ya vitamin kompleksi çatmır və quşlar bir-birini didib, yeyir. Bəzən öz nəcisin yemə halları da olur. Bu da daha çox xırda buynuzlu heyvanlarda olur. Amma əlbəttə ki, təbii kənd çolpası daha xeyrlidir. Bu toyuqlar rəngli olduqları üçün günəşin D vatiminlərini daha çox cəlb edirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4844   Tarix: 01 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr