"Azərbaycan-Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır" - Səidə Şəfiyeva

"Azərbaycan-Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır" - Səidə Şəfiyevaİctimai informasiyanın düzgün şəkildə çatdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi mövzusunda təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumunda Gürcüstandan 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir.

Sonxeber.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

S.Şəfiyev bildirib ki, informasiya təhlükəsizliyinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi, media sahəsində qurumlararası koordinasiyanın artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır.

Şöbə müdiri əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında formalaşan tərəfdaşlığın, ortaq regional yanaşmaların inkişaf etdirilməsi baxımından Forum xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, bu gün Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunub.

"Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya keçirilməsi də nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 751   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr