Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il sonun başlanğıcı

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il sonun başlanğıcı30 il əvvəl, Sovet regiminin tarixində ilk dəfə müxtariyyət Sovet İttifaqının tərkibindən çıxdığını bəyan etdi. Yalnız bir il yarımdan sonra, 1991-ci ilin sentyabrınıda Baltık yanı ölkələr müstəqilliyə qovuşa bildilər, həmin ilin sonunda isə Sovet İttifaqının özü dağıldı.

1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamankı Sovet İmperiyası rəhbərliyinin buna şərait yaratması, Azərbaycana qarşı siyasi və iqtisadi təyziqlərin artması, xalqımızın azadlıq və müstəqillik arzularının boğulması cəhdləri getdikcə güclənməkdəydi. Bakı şəhərində qanlı yanvar hadisəsi kimi yaddaşımızada qalmış qırğınları törətməyə hazırlaşan imperiya ordusu və represiv aparatı ölkəmizin digər hissələrində, o cümlədən Naxçıvanda da bu siyasətini davam etdirmək niyyətindəydi. 1990-cı ilin yanvar ayından başlayaraq erməni silahlı birləşmələri Naxçıvanın ayrı-ayrı yaşayış məntəqələrinə ardıcıl hücumlar təşkil edərdi. Belə bir şəraitdə Naxçıvan rəhbərliyi İttifaq rəhbərliyindən konstitusiyada olan öhdəliklərinə əməl edərək muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsini tələb edirdi. Keçmiş SSRİ rəhbərliyi nəinki bunu etmir, əksinə bir çox hallarda Naxçıvana hücumlar zamanı erməni (o zamanlar qeyri-qanuni fəaliyyət göstərən) hərbi dəstələrinə kömək edir, bir sıra hallarda isə bilavasitə bu hücumlarda iştirak edirdi. Yanvar ayında 15-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki anklavı işğal olunmuşdur. Bütün bunların son məqsədi Naxçıvan muxtariyyətinin əhalisi arasında ümidsizlik vəziyyəti yaradaraq bölgənin yerli əhalisinin tərəfindən buranı boşaldılması və erməni işğalı üçün şərait yaratmaq idi. Yanvar ayından düşmənin Sədərək istiqamətində hücumu baş verdi, toqquşmalar getdikcə intensivləşdi. Türkiyə ilə dar bir zolaqda sərhəddi yerləşən bu strateji məntəqənin ermənilər tərəfindən nəzarətə götürülməsi Naxçıvan eksklavındakı azərbaycan əhalisinin vəziyyətini ağırlaşdıra, bölgədə Azərbaycanın varlığına son qoya bilərdi.

Mövcud kritik vəziyyətin yaraması səbəbindən Naxçıvan şəhərində muxtariyyətin parlamenti qarşısında toplanan 20 mindən çox əhali muxtar respublika Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını tələb edirdi. Naxçıvan MSSR-ın Ali Sovetinin (o zamankı parlament) fövqəladə sessiyasında 19 yanvar 1990-cı il axşam saatlarında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul etdi. Parlamentin bu qərarı ilə Naxçıvan müstəqil respublika elan olunmuşdur. İmperiyanın periferiyasında yerləşən və kiçik bir bölgənin SSRİ-nın tərkibindən ayrılması barədə qərarı SSRİ rəhbərliyində şok effekti yaratdı, bir neçə gün isə bu xəbər dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Əslində Naxçıvandan gələn bu xəbər Sovet İmperiyası üçün bir əcəl zəngi idi. Azərbaycan SSR Ali Soveti muxtariyyət parlamentinin bu qərarını 27 yanvar 1990-ci ildə ləğv etsə də, siyasi baxımdan bu cəsarətli addım olduqca əhəmiyyətli idi. Sovetlər İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması barədə qərər kimi tarixə düşən bu hadisə dünyada geniş rezonansa səbəb oldu. Bu bir tərəfdən SSRİ-i rəhbərliyini Bakıdakı qanlı 20 yanvar hadisələrinin Naxçıvanda da təkrarlamaq niyyətindən çəkindirdi, bura Sovet Qoşun hissələri yeridilmədi, digər tərəfdən isə erməni hərbi ekspansiyasi barədə dünya ictimaiyyətinin məlumatlandırmaq baxımından əhəmiyyətli oldu. Naxçıvan parlamentinin cəsarətli addımı həmçinin o zaman Azərbaycanda rəhbərlikdə olan və imperiya mərkəzinin antimilli siyasətinə qarşı çıxış etməkdə özündə cəsarət tapa bilməyən şəxslərə də bir mesaj oldu. Naxçıvan muxtariyyətində Sovet rejiminin represiv aparatının bərqərar olmasının qarşısının alınması isə sonrakı dövrdə muxtar respublikanın müdafiəsinin təşkili, milli dövlətçiliyin inkişafı üçün zəmin yaradaraq, bölgəni Azərbaycanın müstəqilliyi, demokratikləşməsi proseslərinin ön cərgəsinə gətirdi. Ümummili lider Heydər Əliyev Naxçıvan MSSR Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarını nəzərdə tutaraq qeyd edirdi: "Naxçıvanılıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi....Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduğunu sübut etdi, nümayiş etdirdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6761   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xamını ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel