OPEK-lə əməkdaşlıq Azərbaycan üçün vacibdir-RƏY
Prezident İlham Əliyev Davosda bir sıra xarici ölkələrin nümayəndələri və şirkət rəhbərləri ilə işgüzar görüşlərini davam etdirib.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüş-ölkəmizin bu beynəlxalq təşkilatla qarşılıqlı əlaqəsini təhlil etmək üçün bir fürsətdir.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a bildirib ki, Azərbaycan OPEK-in üzvü deyil:
"Amma buna baxmayaraq OPEK-in bir qərarı var ki, neftin qiymətlərinin stabil qalması üçün tək OPEK ölkələri deyil, neft istehsal edən digər ölkələr də OPEK-lə anlaşma şəklində fəaliyyət göstərə bilərlər. Azərbaycan da OPEK-lə razılaşmanın bir tərəfidir və neft istehsalında OPEK-lə razılaşmaya uyğun siyasətini aparır. Ona görə də OPEK ilə Azərbaycan arasında əməkdaşlıq vacibdir. Bu Azərbaycan üçün də faydalıdır. Yəni neft qiymətləri stabil qalsın ki, neft istehsal edən ölkələr neftin satışından kifayət qədər yüksək gəlir əldə etsin. Bu baxımdan bu görüşü çox vacib hesab edirəm".
Fəridə Ağazadə
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş