İpoteka və Kredit Zəmanət Fondundan AÇIQLAMA: Kirayə evlərlə bağlı müraciət başlayacaq

İpoteka və Kredit Zəmanət Fondundan AÇIQLAMA: Kirayə evlərlə bağlı müraciət başlayacaqYanvarın 22-də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı "Elektron ipoteka və kredit zəmanət" sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində "elektron sistemin çökməsi" başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir:

"Məlumat üçün bildiririk ki, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, müraciətlərin qəbulu və qiymətləndirilməsi prosesində növbəliliyin və şəffaflığın təmin edilməsi, qarşılıqlı təmas və sui-istifadə hallarının qarşısının alınması, sənəd dövriyyəsinin optimallaşdırılması və minimuma endirilməsi, xidmət prosesinin sürətləndirilməsi məqsədilə müvafiq elekton sistem 2013-cü ildən etibarən tətbiq olunur.

İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq, Fondun qarşısına yeni vəzifələrin qoyulması ilə əlaqədar olaraq yeni "Elektron ipoteka və kredit zəmanət" sistemi (Elektron sistem) yaradılıb və 19 iyun 2019-cu il tarixindən əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndircilər) istifadəsinə verilib.

Elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda Fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir.

Belə ki, elektron sistem müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, nikah və ailə tərkibi, iş yeri və gəlirlərinə, sosial sığorta ödənişlərinə, vergi öhdəliklərinə, kredit tarixçəsinə və ipoteka qoyulan daşınmaz əmlaka dair məlumatların elektron qaydada əldə edilməsi üçün "Elektron hökumət" portalına inteqrasiya olunub və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərbaycan Kredit Bürosu" MMC, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və digər) və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilib. Nəticədə, Fondun təqdim etdiyi xidmətlər üzrə ölkə vətəndaşları tərəfindən kağız daşıyıcılarında təqdim edilən sənədlərin sayının minimal həddə çatdırılması və xidmət səviyyəsinin yüksəldilməsi təmin edilib.

Elektron sistem təkcə əhalinin müraciətlərinin qəbulunu və qiymətləndirilməsini deyil, ümumilikdə, Fond ilə müvəkkil təşkilatlar (banklar, sığorta şirkətləri və qiymətləndiricilər) arasında aparılan maliyyə əməliyyatlarının və rəsmi yazışmaların avtomatlaşdırılmasını da təmin edir.

Bununla yanaşı, Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin real rejimdə aparılması üçün Elektron sistem Hökumət Ödəniş Portalı və "ASAN ödəniş" sistemlərinə də inteqrasiya olunub.

Məlum olduğu kimi, ötən gün satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub. Qeyd etmək istəyirik ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub.

Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.

Bildiririk ki, hazırda "Elektron ipoteka və kredit zəmanət" sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir və Fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir.

Yekun olaraq vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq", - deyə qurum bəyan edib.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 5333   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: "Bir axşam evdə tək idim..."

"Onun ölüm xəbərini internetdə oxudum".. . Bunu Qaynarinfo-ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib. Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:. . "Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq

23 yanvar

Bakıda bu marşrutlar üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.. . Agentlikdən Sonxeber.az-a verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməkl

23 yanvar

Bu şəxslərə ŞAD XƏBƏR: əmək haqları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında" Qaydanı təsdiq edib.. . Agentlikdən Publika.az-a verilən məlumata görə

23 yanvar

Prezidentin islahatları beynəlxalq indeksdə 26 dərəcə irəlilədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsin

23 yanvar

Azərbaycanda bu səbəbdən 9 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.. . Sonxeber.az Axar.az-a istinadla xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.. . Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onla

23 yanvar

İmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıb - VİDEO

İmişli rayonundakı "Şəmmədli" qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb. . . "Report"un Mil-Muğan bürosunun məlumatına görə, naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra aidiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb.

23 yanvar

26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi Yevlaxa gətirilib - FOTO - VİDEO

İmişli rayonundakı "Şəmmədli" qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq Yevlax rayonuna gətirilib.. . "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib. . . Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayon

23 yanvar

Baş nazir: "Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir" - VİDEO

"Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir". . . "Report"un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qloba

23 yanvar

Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edilib - FOTO

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.. . "Report" xəbər verir ki, məlumatda deyilir: . . "Prezident İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasını

23 yanvar