BNA: Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək
"Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən daha bir müntəzəm marşrut xətti müsabiqəyə çıxarılacaq. 142 nömrəli marşrut xəttinin müsabiqəyə çıxarılmasına səbəb olaraq bu xətt üzrə BNA-ya gündəlik şikayətlərin daxil olması, avtobusların texniki vəziyyətinin, sürücülərin peşəkarlığının və davranış qaydalarının lazımi səviyyədə olmaması göstərilir".
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, Agentlik lazımi tələblərə cavab verməyən, sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün əməli addımlar atmayan daşıyıcılarla müqaviləyə xitam verəcək:
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev:
"Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir".
"Marşrut xətti tələb olunan standartlara cavab verməyəndə xətt müsabiqəyə çıxarılır. BNA-ya ən çox şikayətlər sürücülərin peşəkarlığı, sərnişin və sürücü münasibətlərinin pozulması ilə bağlı daxil olur. Bizim üçün önəmli olan vətəndaşın rahatlığıdır. Hansı daşıyıcı mövcud olan şəffaf idarəetmə sisteminin, sahibkarlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından düzgün yararlanıb bu sahədə fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun quracaqsa, biz həmin sahibkarla əməkdaşlığa davam edəcəyik. Yox, əgər işləməyəcəksə, ancaq biznes maraqları güdəcəksə, sərnişinlərin rahatlığı, təhlükəsizliyi baxımından heç bir əməli tədbir görməyəcəksə, onda təbii ki, həmin şəxslə olan müqaviləyə xitam veriləcək. Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir".
Qeyd edək ki, dünən 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü dispetçeri bıçaqlayıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2189 Tarix: 14 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRamiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq
26 aprelÖvladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?
Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə
26 aprelBakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto
Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv
26 aprelPolisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü
26 aprelAvtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
26 aprelAzərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı
Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini
25 aprel