Liviyada vətəndaş müharibəsi təhlükəsi var"-RƏY

Liviyada vətəndaş müharibəsi təhlükəsi var"-RƏY"BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsi xarici hərbi müdaxiləyə son qoymağı nəzərdə tutur".

BMT Təhlükəsizlik Şurası Liviyadakı münaqişə ilə bağlı qətnamə qəbul edib. Bildirilir ki, sənəd Liviyada atəşkəs rejiminin bərqərar olunması, bütün ölkələr tərəfindən Liviyaya dair silah embarqosuna riayət edilməsini və Liviya ərazisindən muzdlu hərbi hissələrin çıxarılmasını nəzərdə tutur. Qətnamədə həmçinin kənar dövlətlərə Liviya münaqişəsinə müdaxilə etməmək barədə çağırış da yer tapıb. Qətnamə Liviyada baş verən vətəndaş müharibəsində müxtəlif tərəflərin xeyrinə çıxış edən və bu ölkənin ərazisində öz hərbi qüvvələrini yerləşdirən Rusiya (Liviya ərazisində bu ölkəyə məxsus xüsusi hərbi şirkətlər fəaliyyət göstərir) və Türkiyənin Şimali Afrika ölkəsinə hərbi müdaxilə etmələrinə son qoymaq məsələsini ortaya qoyur.Təsadüfi deyildir ki, məhz Rusiya qətnamə ilə bağlı səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvündən bitərəf qalan yeganə dövlət oldu. Qalan 14 dövlət isə qətnaməni dəstəkləyib. Rusiya öz mövqeyini onunla əsaslandırır ki, Liviyada münaqişədə olan tərəflər yalnız indi dialoqa başlamışlar və atəşkəs rejiminin parametrləri yalnız bu dialoqun çərçivəsində müəyyənləşdirilə bilər.

İstənilən halda qətnamənin qəbulu Liviya ətrafında gedən geosiyasi prosesləri və maraqlı xarici mərkəzlərin mövqeyini və maraqlarını əks etdirir. Qətnamə Liviyada tezliklə sülhün bərqərar edilməsinə real müsbət təsir göstərəcəyi sual doğuran məqamlardandır.

Mövzu ilə əlaqədar politoloq Qabil Hüseynli Sonxeber.az-a danışıb. O, BMT nin sözü gedən məsələyə yarımçıq yanaşdığını bildirib:

"Düşünürəm ki, BMT bu məsələyə yarımçıq yanaşıb. Çünki Liviya silahlı qüvvələrinin komandiri qanuni hökumətə tabe olmur. Ona qarşı qiyam qaldırıb və onu devirməyə çalışır. Ölkədə vətəndaş müharibəsi təhlükəsi var.

Politoloq BMTnin xarici müdaxilələri dayandırmaq məqsədilə qətnaməni qəbul etdiyini vurğulayıb:

"Bu qaydalar beynəlxalq hüquq normalarına uyğundur. Türkiyənin Liviyadakı qüvvələri qanuni höküməti qorumaqla məşğuldur. Rusiyanın qüvvələri isə Xəlifə Xəftərin tərəfindədir. BMT bu iki dövləti oradan geri çəkilməyə çağırırsa, Xəftər əlində olan qüvvələrdən istifadə edəcək. Rusiya hərbi qüvvələrini isə Liviyadan çıxartmaq çətin olacaq. Bu hal qanuni hökuməti devirəcək və ölkədə diktatura rejimi yaradacaq".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5097   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel