"Bu tədbirlərdə iştirak Azərbaycanın siyasi nüfuzunu daha da artırır"- Nəsib Məhəməliyev
Xəbər verdiyimiz kimi Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərə gedib.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Nəsib Məhəməliyev bildirib ki, Münhen Təhlükəsizlik Konfransı 1962- ci ildən başlayaraq hər il keçirilir: "Bu il keçirilən konfransda 40-dan çox ölkənin dövlət və hökumət başçıları, Müdafiə, Xarici işlər nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, iri biznes təmsilçiləri iştirak edirlər. İştirakçılar dünya siyasi sistemi, təhlükəsizlik, enerji, ekologiya və müxtəlif sahələr üzrə əməkdaşlıq mövzularını müzakirə etməklə yanaşı müasir dünyanın qlobal çağırışlarını, aktual problemlərini nəzərə alaraq öz fəaliyyət planlarını müəyyənləşdirirlər. Bu baxımdan Münhen Təhlükəsizlik Konfransı istənilən ölkə üçün olduqca əhəmiyyətli siyasi platformadır. Respublikamızın prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, ölkəmizin təhlükəsizliyinin, dövlətlərarası münasibətlər sisteminin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın düzgün formalaşdırılması üçün bu nüfuzlu siyasi platformadan effektiv şəkildə istifadə edir. Artıq bir neçə ikitərəfli görüş keçirilib. Düşünürəm ki, konfrans çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaqdır. Uzun illərin təcrübəsi göstərir ki, hər il Münhen konfransından sonra təhlükəsizlik məsələləri ilə yanaşı, müxtəlif ölkələrlə, böyük şirkətlərlə iqtisadi əməkdaşlıq müqavilələri bağlanır. Azərbaycan dünyaya daha da çox açılır, ölkənin siyasi nüfuzu artır".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2115 Tarix: 15 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021