İnformasiya "post"unda dayanan düşmən və onların xidmətçiləri

İnformasiya "post"unda dayanan düşmən və onların xidmətçiləriErmənistanın xüsusi xidmət orqanları, aktiv sosial şəbəkə istifadəçiləri olan ermənilər daim Azərbaycan mətbuatını və sosial mediasını izləyirlər. Düşmən bunu Azərbaycanda gedən inkişaf, quruculuq prosesi barədə məlumatlı olmaq üçün deyil, daha çox dezinformasiya xarakterli məlumatlar yaymaq üçün edir. Bu zaman ermənilərin köməyinə vətəninə, dövlətinə düşmən kəsilən "azərbaycanlılar" çatırlar. Düşmən belə "azərbaycanlıların" yaydığı yalan və böhtan xarakterli informasiyalardan yararlanır. Son zamanlar Azərbaycan Ordusu barədə əsassız məlumatlar yayan şəxslərin Ermənistan mətbuatının "qəhrəmanı"na çevrilməsi də təsadüfü deyil.

Ümumiyyətlə, ordu ilə bağlı məsələləri ictimailəşdirmək nə dərəcədə doğrudur? Silahlı Qüvvələr barədə yalan və böhtan xarakterli informasiyaların yayılmasının qarşısı necə alınmalıdır?

Milli Məclisin deputatı Fazil Mustafa "Report"a açıqlamasında deyib ki, dövlətin hərbi sirrinə aid olan məsələlərin ictimailəşdirilməsini məhdudlaşdırmaq üçün addımların atılması vacibdir:

Milli Məclisin deputatı Fazil Mustafa:

"Dövlətin hərbi sirrinə aid olan məsələlər var ki, onların yayılması doğru deyil".

"Dövlətin hərbi sirrinə aid olan məsələlər var ki, onların yayılması doğru deyil. Qalan məsələlərin qarşısını almaq çox çətindir. Çünki indi informasiyanın yayılma operativliyi daha yüksəkdir. Bu baxımdan da bu gün hərbi sirr və dövlət sirri kateqoriyasına aid olan məsələlər üzərində məhdudlaşdırıcı addımlar atmaq olar. Digər məsələlərdə də bir az jurnalist məsuliyyəti olmalıdır. Jurnalistlər insanları atdıqları addımların hər hansı bir şəkildə problem yaratmaması üçün maarifləndirməlidirlər, onları buna dəvət etməlidir. Elə məsələlər var ki, orada obyektivlik önəmlidir, ancaq ordu kimi məsələlərdə jurnalist vətənpərvərliyi önə çıxır və belə informasiyanı yaymaq doğru deyil. Yəni bu səpkili xəbərlərin qarşısını almaq mümkündür, ancaq bunu mənəvi tapşırıq yolu ilə etmək daha düzgündür".

Hərbi-siyasi icmalçı Ramil Məmmədli bunu mətbuatın qarşılaşdığı ciddi problem hesab edir:

Hərbi-siyasi icmalçı Ramil Məmmədli:

"Narahatlıq yaradan məsələ Azərbaycan Silahlı Qüvvələri ilə bağlı xəbərlərin qısa vaxtda erməni mətbuatına yol tapmasıdır".

"Narahatlıq yaradan məsələ Azərbaycan Silahlı Qüvvələri ilə bağlı xəbərlərin qısa vaxtda erməni mətbuatına yol tapmasıdır. Burada, əlbəttə ki, vasitəçi mənbə Azərbaycan mətbuatı və ya azərbaycanlı blogerlərin sosial şəbəkələrdə paylaşımlarıdır. Azərbaycan Ordusu ilə bağlı məlumatların erməni mediasına yol tapmaması üçün yeganə yol KİV-də daxili senzuradır. Yəni hər bir media qurumunun rəhbəri bu məsələdə daxili senzura rolunu oynamalıdır. Hər bir halda informasiya müharibəsində yaşadığımızı da unutmamalıyıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1945   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahdağa qar yağdı - Faktiki hava

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar

9 may
.

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi cərimə edilib. Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb. 192.4-cü maddə işçini

8 may
.

"Sahil Babayev gələndə ümidlənmişdim, amma..." - Boks məşqçisi narazıdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının (AFB) prezidenti seçildikdən sonra bu sahənin inkişafına ümidlər yaransa da, baş verənlər bunun əksini göstərir. Boks üzrə məşqçi Ramin Məmmədzadə Qaynarinfo-ya bildirib ki, hazırda Azərbaycan boksu inkişafa deyil

9 may
.

Vətəndaş işlədiyi yerdən maaşını ala bilmir - DİN-ə müraciət

Xaçmaz rayonu, Xudat şəhəri, Seyidlər kəndinin sakini Ədalət Xəlilov maaşını ala bilmir. Qaynarinfo-ya müraciət edən vətəndaş deyir ki, Mehdiabad qəsəbəsində "Nəbi dayının sexi" kimi tanınan özəl müəssisədə işləyib. "Buranı internet vasitəsi ilə tapmışam. Ötən ilin dekabrında çilingə

9 may
.

Agentlik sədri özünə yeni müşavirlər təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Əsəd Şirinov və Etibar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin ediliblər

8 may
.

"Qəbələ"nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var - YENİLƏNİB + FOTO/VİDEO

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb. Bununla bağlı -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərin

9 may
.

Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərini

9 may
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

8 may