Parkinq qaydasını qəsdən pozan bahalı avtomobil sahibləri...

Parkinq qaydasını qəsdən pozan bahalı avtomobil sahibləri...Cəmiyyətdə sosial statusa malik bir sıra imkanlı şəxslər hansısa ticarət mərkəzlərinə, brend mağazalara yaxud digər məkanlara gedən zaman avtomobillərini bu obyektlərin qarşısında saxlayırlar. Həmin şəxslərə (yaxud sürücülərinə) avtomobilin başqa yerdə saxlanılması ilə bağlı xəbərdarlıq olunduqda isə onlar "nə istəyirsən elə, uzaqbaşı cərimə yazacaqsan" deyərək qanunlara laqeyd yanaşır. Bu şəxslər cəriməni ödəmək imkanına malik olduqları üçün dəfələrlə bilərəkdən qayda pozuntularına yol verirlər.

Ekspertlər bildirir ki, qanun qarşısında hər kəs bərabər olduğundan, sosial statusundan asılı olmayaraq hər kəs qanunlara əməl etməyə borcludur. Yəni, "Pulum var, cəriməni ödəyərəm" düşüncəsi əslində qanunları pozmaqdır.

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən yol-nəqliyyat eksperti Eldəniz Cəfərov sözügedən şəxslərin qanunun tələblərinə əməl etməsi üçün bir sıra addımlar atıldığını deyib:

"Cərimə qanunu pozanlara qarşı təbiq olunmuş cəza növüdür. Burada hər hansı bir cinayət tərkibi yoxdur, lakin həmin şəxslər dəfələrlə bilərəkdən qaydanı pozursa, hərəkətin intensivliyinə mane olursa, bu zaman Bakı Nəqliyyat Agentliyinin (BNA) addım atmalıdır. Agentlik əməkdaşları belə avtomobillərin nömrə nişanlarını Dövlət Yol Polisinə (DYP) göndərməli, DYP əməkdaşları həmin sürücü ilə danışmalıdır. Sürücü polisin tələbinə əməl etmədiyi təqdirdə o, məsuliyyətə cəlb edilə bilər. Yəni DYP bilərəkdən qayda pozan sürücülərin işlərini məhkəmələrə göndərməlidir".

Ekspert həmçinin təkrar-təkrar qayda pozuntusuna yol verən bahalı avtomobil sahibləri üçün cərimə qiymətlərinin artırılması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

"Belə şəxslərə qarşı cərimələrin yüksəldilməsi sosial ədalətsizliyə səbəb olar. Cərimələr təyin olunarkən vətəndaşın sosial təminatı, maddi imkanı əsas götürülmür. Bütün vətəndaşlar üçün cərimə eyni olmalıdır. Ona görə də bu insanlarla mübarizə üsulu ictimai qınaq və təbii ki, polis tərəfindən məsuliyyətə cəlb edilmə ola bilər".

E.Cəfərovun əlavə edib ki, hazırda paytaxtda mövcud olan parkinq probleminin əsas səbəbkarlarından biri məhz sosial statusu nisbətən yüksək olan şəxslərdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4853   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel