"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sonxeber.az-ın suallarını cavablandırıb.
-Anar bəy, istərdik ki, oxucularımıza özünüz barədə məlumat verəsiniz.

-1974-cü ildə Cəbrayıl rayonunda doğulmuşam.1992-ci ildə orta məktəbi bitirmişəm və orta təhsilimin son ili müharibənin qızğın vaxtlarına təsadüf edib. Həmin il ilk dəfə tətbiq olunan test imtahanı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə-kredit" fakültəsinə daxil olub və 1997-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdim. Hərbi xidməti başa vurduqdan sonra ADİU-nun aspiranturasına daxil oldum. Jurnalistikaya 1998-ci ildə "Avrasiya" qəzeti ilə gəlmişəm. Ondan sonra "Reytinq" və "Azernews" qəzetlərində çalşıdım. 2001-ci ildə ANS-də İqtisadiyyat xəbərləri verlişi açılanda Əli Əhmədovla birlikdə başladıq, 10 il orada işlədim. 2011-ci ildən də "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriyəm.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ- İstərdik ki, məktəb illərinizdən danışaq. Məktəbdə ən çox sevdiyiniz müəllim və fənn hansıdır?

- Məktəb illəri hər bir insanın həyatında xüsusi iz buraxan bir dövrdür. Məktəbdə nadinc, dalaşqan, dərslərini yaxşı oxuyan bir şagird olmuşam. Ən sevdiyim dərs fizika fənni olub. İngilis dilindən başqa demək olar ki, bütün fənləri yaxşı oxumuşam. Bütün müəllimlərimi sevib, hörmət etmişəm. Mənim üçün valideynlərimdən sonra ən əziz insanlar müəllimlərimdir. Atam da müəllim olub, məktəbimizdə riyyaziyyat fənnindən dərs deyirdi, qardaşım və bacılarma dərs desə də, bizim sinifə dərs deməyib.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ- Anar bəy, elə şagird yoxdur ki, bir dəfə də olsun dərsdən qaçmasın.

-Məktəbin ən dəcəl şagirdlərindən biri mən olmuşam. Çox olmasa da, hərdən dərslərə girməyən vaxtlarım olurdu. Hər həftənin 3-cü günü 3-4 dərs Əmək Təlimi dərsi olurdu, nə işim olurdusa, bu günə salırdım, 10 və 11-ci siniflərdə çox vaxt həmin günlər dərsə getmirdim. Hətta buna görə qonşumuz Əmirxan müəllim 3-cü rübdə mənə qiymət yazmırdı, direktor işə qarışandan sonra qiymət yazdı. Yaxşı oxuduğuma görə hər zaman müəllimlərim tərəfindən sevilən şagird olmuşam. Dalaşqan olduğuma görə atam müəllimlərimə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin. Heç vaxt məktəbdə danlandığımı və ya döyüldüyümü evdə deməzdim, çünki nə desəm, valideyinlərim deyəcəkdi ki, yaxşı ediblər: "Yəqin günahın var ki, belə ediblər". Ona görə heç vaxt evdə müəllimlərimdən şikayət etməmişəm.

- Bir çox gənclərin ilk sevgiləri məktəb illərindən başlanır. Bəs sizin məktəb sevginiz olubmu?

-Gizlin olub.

-Tələbəlik illəriniz Azərbaycanın çətin dövrünə düşüb.

- Bizim tələbəllik illərimiz çətin yox, çox çətin dövrə düşdü. Müharibənin qızğın dövrü 1992-93-cü illər oldu. 11-ci sinifdə oxuyanda qələbə xəbərlərinə sevinirdik, amma 1-ci kursda oxuyanda nə qədər acı da olsa, torpaqlarımıızın işğal xəbərlərini izləyirdik. Ardınca 93-cü ilin iyun hadisələri, rayonlarımızn ard-arda işğalı… Həm mənəvi, həm də maddi baxımdan çox çətin dövr idi. 1993-ci ildə məcburi köçkünlük həyatı yaşamalı olduq. Birinci kursu bitirdikdən sonra gözətçi işləyirdim, həm oxuyur, həm də ailəmizə maddi dəstək olmağa çalışırdım. Universiteti fərqlənmə diplomu iə bitirdiyimə görə bir diplom işi və bir dövlət imtahanı verməli oldum. Diplom işimi Dərin Özüllər Zavodunun Nəqliyyat idarəsinin gözətçi butkasında yazmalı oldum. Rəhbərlikdən icazə almışdım, işçilər evə gedəndə sonra diplom işimi katibənin otağında çap maşınında özüm yazırdım. O dövr hər bir sahədə çətin idi, universiteti bitirəndən sonra da iş tapmaq müşkül bir məsələ idi. Baxmayaraq ki, ali məktəbi yaxşı oxumuşdum, işlə bağlı bir neçə banka müraciət etsəm də, onlardan bir xəbər çıxmadı. İxtisasım üzrə iş tapsaydım, yəqin ki, jurnalistikaya gəlməzdim.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ- Siz İqtisad Universitetinin məzunusuz. Necə oldu ki, məhz jurnalistikaya gəldiniz?

- Yazmağı bacaran və fikrini ifadə etməyi bacaran hər kəs jurnalsit ola bilər. Bu sahədə işləmək üçün xüsusi bir peşə qabiliyyət tələb olunmur. Sirr deyil ki, Jurnalistika fakültəsini bitirən həmkarlarımız iqtisadçılarla müqayisədə bu sahədə yazmaqda çətinlik çəkirlər.
İqtisadçı Vüqar Bayramovla bir yerdə oxumuşuq. O, mənə dedi ki, "Avrasiya" qəzeti işçi axtarır və qəzetə elan verilib. Qəzetin mətbəəsi çətin yerdə, Dərnəgüldəki "Günəş" mətbəəsində yerləşirdi, taksi ilə 3 dəfə fırlandıqdan sonra birtəhər ünvan başına çatdıq. Baş redaktor İrfan Sapmazın müşaviri Sahib Aliyev məndən bir yazı istədi. Yazımı bəyəndi və 1 aylıq sınaq müddətinə işə götürdülər. 100 dollar da maaş kəsmişdilər. Hamı deyirdi ki, Anar türklərlə, xaricilərlə işləyir.

ANS televiziyasında iqtisadiyyat xəbərləri açılanda dəvət etdilər. İqtisadi biliklərim burada mənim köməyimə çatdı, necə deyərlər özümü sübut edə bildim.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ-Televizyaya gəlişiniz də təsadüfi olub?

-2001-ci ilin oktyabrın 29-u, ad günüm idi, Əli Əhmədovdan zəng gəldi. Dedi ki, bu gün mütləq gəl, Mirşahinlə görüşəcəksən. Getdim görüşdüm, dedilər, sabahdan işə çıx. Mən də o vaxt "Azernews" qəzetində məsul katib vəzifəsində işləyirdim. Oradakı işimi təhvil verib çıxdım, ştata götürdülər. İşə çıxdığım səhəri gün mənə dedilər ki, efirə hazırlaş. Asif Bağırovla cəmi bir dəfə suflyorda məşq etdik və səhərisi gün efirə çıxdım. Birinci verilişdə çox həyəcanlı idim. Daha sonra yavaş-yavaş alışmağa başladım.

- Hər bir jurnalistin həyatında qarşılaşdığı maraqlı hadisələr olur. Muxbir kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

- Bəli elədir, bir dəfə Tağı Əhmədovla müsahibəyə getmişdim. Müsahibənin mətni qaydasında olsa da, montajından xoşu gəlməmişdi və bizdən incimişdi. Bir neçə gün sonra səhər qonağı əvvəlcə radioda, ardınca da televiziyada efirdə olurdu. Tağı müəllim radioda efidən sonra birbaşa çıxıb getdi. Bir dəfə də axşam efirindən çıxıb evə təzə gəlmişdim, heç yemək də yeməmişdim. Zəng gəldi, təcili bizi işə çağırdılar. Qaradağ-Hacıqabul magistiral qaz kəmərində böyük qəza baş vermişdi. Afət Telmanqızı ilə gecə saat 1-ə kimi efiri idarə etməli olduq.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ- Müxbir işlədiyiniz dövrdə sorğularınızı cavablandırmayan mətbuat xidmətlərinin rəhbərləri olurdumu?

-Bütün mətbuat xidmətlərinin rəhbərləri mənimlə dost idi, tam səmimi deyirəm. Heç biri sorğumuzu cavabsız qoymurdu. Ona görə də incidiyim mətbuat xidmətinin rəhbəri yox idi.

-Şəhid xəbərini vermisinizmi?

-Bəli olub, təəssüf ki, bu gün də şəhid xəbərləri eşitməkdə davam edirik.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ-Bu gün bir çox xəbər aparıcıları müxtəlif dövlət qurumlarında mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunurlar. Niyə məhz xəbər aparıcıları bu vəzifəyə gətirilir? Peşəkarlıq və çətin vəziyyətdə işləmə qabiliyyətinə görəmi, yoxsa təsadüfdürmü?

-Məncə televiziya aparıcıları daha çox tanındıqlarına və peşəkarlıqlarına görə dövlət orqanlarının mətbuat xidmətlərinə rəhbər gətirilirlər. Televizya jurnalistləri kamera qarşısında daha sərbəst oluqlarına görə hazır müsahibdirlər.

2011-ci ilin martından "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalşırsınız. Sizcə, mətbuat xidmətinin rəhbəri daha çox təmsil etdiyi qurumun qarşısında məsuliyyət daşıyır, yoxsa ictimaiyyətin?

- Mənə görə hər ikisinin qarşısında məsuliyyət daşıyır. Əgər sən ictimaiyyətlərlə əlaqələr üzrə məsul şəxsənsə, hər bir vəziyyətə hazır olmalısan.
Sizə görə televizyada yoxsa mətbuat xidmətinin rəhbəri kimi işləmək çətindir?

-Mətbuat xidmətinin rəhbəri kimi işləmək çətindir. Çünki bizim sahə kommunal xidmətlərə daxildir. Hər kəsin evində suyu var, deməli ayın 31 gününün hər bir saatında problem ola bilər. Təhsil, səhiyyə, qaz, su, işıq və digər xidmət sahələri, sosial müdafiə ilə bağlı bağlı olan qurumların mətbuat xidmətlərinin rəhbəri demək olar ki, hər zaman iş başındadır. Bayram və bazar günləri iş yerində olmasaq da, əslindıə iş başındayıq. Olur ki, böyük bir magistralda qəza baş verir. Deməli, daha çox abonent susuz qalr, bu zaman gecə saatlarına kimi telefonda olursan, sualları, narahatlıqları qəbul edirsən. Çalışıram ki, gələn zəngləri, mesajları cavabsız qoymayım. Çünki ictimai əlaqələrə məsul şəxs maksimum çalışıb təmsil etdiyi qurum haqqında yayılacaq dezinformasiyanın qarşısını almalı, cəmiyyətə operativ və düzgün cavab verməlidir.

-Sizin və yaxud da sizdən inciyən jurnalistlər olubmu?

-Bu günə kimi incidiyim, bloka atdığım, dostluqdan çıxardığım jurnalist olmayıb. Jurnalist yalnışlığa yol verən zaman çalışıram ki, məsələni ona əhatəli izah edim ki, harada səhv etdiyini anlasın və gələcəkdə bir daha təkrarlanmasın.

"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ-Təbiətən necə insansınız?

-Dəlidolu, hövsəsləsiz, şən, zarafatçıl.Ən pis xasiyyətim özümdən tez çıxmağımdır.Bəzən sonu gözləmirəm.

- Bağışlamağı və üzr istəməyi bacarırsınızmı?

-Əlbəttə. Səhv edən insan üzr istəməyi bacarmalıdır.

-Siz dediniz bəzən gecə 11-ə kimi sizə zənglər gəlir. Xanım jurnalistlər sizə zəng edən zaman həyat yoldaşınzda qısqanclıq olurmu?

- Yox. Çünki anlayır ki, bu mənim işimdir. Hamı bilir ki, mən xanım jurnalistlərə əsasən "nənə" deyə müraciət edirəm.

- Anar bəy, 2 oğlul atasısınız. Övladlarınızdan jurnalist və ya aparıcı olmaq istəyəni varmı?

- Övladlarım hələ ki, kiçikdir deyə böyüyəndə kim olacaqları məsələsi çox narahat etmir. Düşünürəm ki, gələcəyin ixtisasları fərqli olacaq, yeni ixtaslar formalaşacaq. Hər kəsin iş yeri elə evi olacaq, evdən işləyəcək və necə deyərlər, evində oturub pul qazanacaq. Dövr sürətlə dəyişir. Amma hər zaman istəyirəm ki, övladlarım dəqiq elmlərə meylli olsun. Müəllim, həkim, hüquqşunas kimi ixtisaslara tələbat hər zaman çox olacaq.

- İşlərinizin çoxluğundan övladlarınızın incidiyi olubmu?

- Mən kənara çox vaxt ayırmıram. Necə deyərlər, iş-ev. Çalışıram ki, boş vaxtlarımı ailəmə ayırım, uşaqlar daim valideyn sevgisini hiss etsin.

-Sizə ən bahalı hədiyyəni kim alıb?

- Xeyli vaxt olar, dostum bahalı bir saat hədiyyə etmişdi. Çox vaxt saat taxmasam da, bu günə kimi də qalıb. Ümumiyyətlə, hədiyyə almağı və verməyi sevirəm.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

-Elə rejim qurmuşam ki, heç boş vaxtım olmur. Tələbəlik zamanı boş vaxtımızı "öldürməyə" yer axtarırdıq. İndi isə boş vaxt tapa bilmirik.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ"Dalaşqan olduğuma görə atam müəllimlərə tapşırmışdı ki, dəcəllik etsə, qullağını çəkin"-Anar Cəbrayıllı ilə MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3479   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr