"Xocalı soyqırımın törədilməsində ermənilərlə yanaşı o dövrdə hakimiyyətdə olan şəxslər də məsuliyyət daşıyırlar"- Cavanşir Paşazadə

"Xocalı soyqırımın törədilməsində ermənilərlə yanaşı o dövrdə hakimiyyətdə olan şəxslər də məsuliyyət daşıyırlar"- Cavanşir PaşazadəBu gün Xocalı soyqırımından 28 ili tamam olur.

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə bildirib ki, Xocalı soyqırımı təkcə azərbaycanlılara deyil bütün türk dünyasına qarşı törədilib:
"Hər kəsə bəllidir ki, ermənilər tarix boyu bizim ərazilərimizdə özlərinin böyük Ermənistan dövlətini yaratmaq istəyiblər. 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə erməni vandalları 366-cı motoatıcı alayın köməyi ilə Xocalıda azərbaycanılara qarşı soyqırım törətdilər. Bir gecədə 613 soydaşımız vəhşicəsinə qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. Vəhşicəsinə qətlə yetirilənlər arasında körpələr, qadınlar, qocalar var idi. Ermənilər qətlə yetirdikləri azərbaycanlıların meyitlərinə qarışı da amansız vəhşiliklər törədiblər. Onlar dinc sakinləri diri-diri yandırıb, başlarını kəsib, gözlərini oyun, hamilə qadınların qarınlarını yarıb körpələrini çıxarıblar. Təəssüf ki, Xocalıda bu vəhşilikləri törədən şəxslər hələ də layiq olduqları cəzanı almayıblar. Ən önəmlisi isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə 27 ildir ki, yerinə yetirilmir".

Cavanşir Paşazadə söyləyib ki, Xocalı soyqırımın törədilməsində ermənilərlə yanaşı o dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslərdə məsuliyyət daşıyırlar. 90-cı illərin əvvəllərində hakimiyyətdə olan AXCP-müsavat cütlüyünün başı hakimiyyət davasına qarışmışdı. Dövlətin və xalqın təhlükəsizliyi onları maraqlandırmırdı. Əgər xalqın istəyi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı Azərbaycanı daha böyük bəlalar gözləyirdi. Bəlkə də bugünki Azərbaycan dövləti olmazdı. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzaladı. Soyqırımın ildönümündə xocalılılarla görüşündə isə ulu öndər Heydər Əliyev bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırdı".

Cavanşir Paşazadə vurğulayıb ki, Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir: "Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Ümummilli liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı. Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Təbii ki, Xocalı soyqırımının dünyada tanınmasında cənab prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Həmçinin Xocalı soyqırımının bütün dünyada tanınmasında Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının mühüm rolu var. Bununla bağlı bir faktı qeyd etmək istəyirəm.Bundan 8 il öncə Uqanda Respublikasında böyük tədbir keçirilirdi. İslam Parlamentləri Dostluq Qrupunun üzvü kimi mən və Sabir Rüstəmxanlı da o tədbirdə iştirak edirdik. Mənə parlamentdən zəng edib bildirdilər ki, Leyla xanım Xocalı faciəsini tədbirdə müzakirəyə çıxarmağımızı istəyir. O zaman mən bildirdim ki, əlimdən gələni edəcəm ki, Xocalı faciəsi həmin tədbirdə müzakirəyə çıxarılsın.Oradakı katiblik mənim dostum idi. Bilirsiniz ki, bu cür məsələr üçün 6-7 ay öncədən tədbir keçiriləcək ölkəyə rəsmi məktub göndərilməlidir. Yarım saat ərzində tədbirdə Xocalı faciəsi ilə bağlı məsələ qaldırıldı. 3 ölkə parlamentinin spikeri Dağlıq Qarabağ və Xocalı faciəsi ilə bağlı çıxış etdi. Təbii ki, bu Leyla xanımın Xocalı faciəsinə göstərdiyi diqqətinin nəticəsi idi. Bir sözlə 2008-ci ildən başlanılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyəti böyükdür. Belə ki, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Allahdan Xocalıda qətlə yetirilən şəhidlərimizə rəhmət diləyirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2624   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel