"Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı" - Kənan MM

"Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı" - Kənan MMBu gün Xocalı soyqırımından 28 ili tamam olur. Faciənin ildönümü ilə əlaqədar bir çox məşhurlar Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Onların arasında məşhur rejissor Kənan Mahmudovun paylaşımı diqqət çəkib. Rejissorun paylaşımı "Survivor 2020 " yarışmasında iştirak edən, "Kobra" ləqəbi ilə məşhurlaşan peşəkar kikboksinq üzrə altıqat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayevlə bağlıdır.

Bununla bağlı Sonxeber.az-a danışan Kənan Mahmudov bildirib ki, Qarabağ yarası hər birimizindir: "Amma Pərviz o yaranın şah damarıdır. Hər zaman bu barədə söhbətlərimiz olurdu. Keçən il mən "Savaşçı" filmində oyanayan zaman Xocalı soyqırımı ilə bağlı paylaşım etmişdim. Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı. Arxasınca isə hıçqıraraq ağlayıb mənə səs göndərmişdi ki, buna necə dözüb, yaşayaq. Pərviz çox vətənpərvər oğlandır. Bizim onunla bu söhbətimiz ürəyimdə bir travma kimi qalıb. Pərvizlə mən uzun müddətdir ki, dostuq. Biz onunla eyni düşüncədə olduğumuz üçün bir-birimizi tamamlayırıq. Pərvizlə sonuncu dəfə "Survivor"da iştirakdan əvvəl danışdıq. Qaydalara görə, telefonları təhvil verirlər. Mən ona dedim ki, tək özün üçün deyil, bütün Azərbaycan üçün ordasan. O bildirdi ki, həyatda necədirsə, orada da elə olacaq. Bəzən orada onun üzərinə qışqırırlar. İnanın ki, həyatda heç kim o səs tonu ilə onunla danışa bilməz. Pərviz peşəkar idmançı olduğuna görə gücünü orada deyil, ancaq rinqdə göstərir. Yarışda ancaq xarakter, oyun göstərir. Allah yolunu açıq etsin. İnşallah qalib gələr".

Aysel Yusifqızı
"Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı" - Kənan MM"Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı" - Kənan MM"Pərviz mənə anasının qucağında ağlayaraq son dəfə "ana" deyən uşağın videosunu atmışdı" - Kənan MM


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4385   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel