"Müəllim oynamaqla stress atmışdı" Kəmalə Ağazadədən müəllimə rəqsi ilə DƏSTƏK VİDEOSU

"Müəllim oynamaqla stress atmışdı" Kəmalə Ağazadədən müəllimə rəqsi ilə DƏSTƏK VİDEOSUXəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycanda müəllimin görüntüsü yayılmışdı. Görüntülərdə müəllim sinifdə "Məsti Xumar" mahnısını qoşaraq rəqs etməsi əks olunurdu.

Gülsüm adlı həmin müəllimin məktəbdə belə addım atması sosial şəbəkələrdə qınağa səbəb oldu. Eyni zamanda həmin müəlimə dəstək olan insanlar da az olmadı. Onlardan biri cəmiyyətimizdə kifayət qədər tanınan, öz sözünü deyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də var. Kəmalə xanım işlədiyi kollektivlə birgə Gülsüm müəllimə oynamağı ilə dəstək olub.

Bununla bağlı Sonxeberaz-a danışan Kəmalə Ağazadə müəllimə dəstəyini, həmrəyliyini oynamaqla bildirdiyini deyib. O, hazırda cəmiyyətdə qadına qarşı çox ciddi münasibətin olduğunu da açıqlayıb:

"Bu bir həmrəylik idi. Bu bir müəllimə, qadına, pedaqoqa dəstək idi. Halbuki, bunu çoxları etməli idi. Müəllim nə etməli idi? Dərsdən sonra summativləri hesablayarkən həddindən artıq yorulub və oynamaqla stress atmışdı. Müəllimin həmin görüntülərdə çay içməyini belə söz etmişdilər. Bundan əlavə onun Xocalıya aid şüarın qarşısında rəqs etməyini də qınadılar. Hər bir məktəbdə daimi olaraq yaddaş şüarları var".

Kəmalə Ağazadə xəbər saytlarının əksərinin çox pis başlıqlarla həmin hadisəni xəbərə çevirdiyini bildirdi. Sözügüdən hadisəyə biganə qalmadığını bildirən Kəmalə xanım belə başlıqlardan sonra kollektivlə birgə müəllimə dəstək olcağını qərarlaşdırıb:

"Həmin görüntüləri görüb kollektiv olaraq qərara gəldik ki, Gülsüm müəllimə video ilə dəstək olaq. Bunun ardınca nə qədər müəllimlər bu dəstəyə qoşuldu. Onların sırasında hətta, evlərində tək rəqs edən müəllimlər də var idi. Onsuz da müəllimlər nüfuzdan salınıb. Düşünürəm, bunu da edən cəmiyyətin özüdür".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 8883   Tarix: 02 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?

Astronomlar kosmosda Günəşlə demək olar ki, eyni olan bir çox ulduzu müşahidə edir və onların əsas təkamül dövrünü necə tamamladıqlarını görürlər. xarici mediaya istinadən xəbər verir ki, Günəş geniş yayılmış sarı cırtdanlar kateqoriyasından bir ulduzdur, diametri 1 milyon və demək olar ki, 400 min kilometrdir

26 aprel
.

Sülh müqaviləsi bağlandıqdan sonra Xocalı qatilləri Azərbaycana təhvil verilə bilər? - ŞƏRH

Xəbər verdiymiz kimi, danışıqlar arasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanılıb. Bununla yanaşı danışıqlar əsasında Qazaxın işğal altında olan 4 kəndi bir güllə atılmadan geri qaytarıldı. Əlbəttə ki, son baş verən hadisələr və atılan addımla

25 aprel
.

Xocalıda 6 nəfərə aid olduğu ehtimal edilən sümüklər tapıldı - Foto

İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasını

25 aprel
.

"Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan bir aparıcı vurdu"

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatı ilə bağlı gözlənilməz açıqlama verib. Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində mərhum həmkarının ölümünə bir televiziya aparıcısının səbəb olduğunu iddia edib. "Mən elə insana

26 aprel
.

Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

"Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan yoxdur". Bununla bağlı, -ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib. Məlumatda qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 46-cı kilometrdə qeyd

25 aprel
.

Netanyahu təşvişə DÜŞDÜ - Tezliklə həbs OLUNA BİLƏR

İsrailin baş naziri Benyamin Netanyahu həbs oluna bilər. xəbər verir ki, bu barədə israil mediası məlumat yayıb. İsrail mediasının məlumatına görə, hökumət Netanyahu da daxil olmaqla üç nəfər beynəlxalq həbsi haqqında qərar verilməsindən narahatdır. İsraildə yayımlanan "Kanal 13"-də verilə

26 aprel
.

Faiq Ağayevə SƏRT QADAĞA tətbiq edildi

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunmas

26 aprel
.

Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Lalə İlqar qızı Bayramlı xəsarət alıb. Yaralı təcili tibbi yardımı

26 aprel
.

"Özünə hörmət edən bunu eləməz" -Bu restoranları CƏRİMƏ GÖZLƏYİR - VİDEO

Bakıdakı şadlıq saraylarında menyu qiymətləri 30-450 manat arasındadır. Menyu qiymətləri hər şadlıq sarayında təklif olunan xidmətlər və yeməklərin sayına görə dəyişir. Qiymətin aşağı olması keyfiyyətə öz təsirini göstərir. Bəzən şadlıq sarayında toya qatılanlar süfrəyə plov gətirilənədək təcili yardı

26 aprel