Sülh müqaviləsi bağlandıqdan sonra Xocalı qatilləri Azərbaycana təhvil verilə bilər? - ŞƏRH
Xəbər verdiymiz kimi, danışıqlar arasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanılıb. Bununla yanaşı danışıqlar əsasında Qazaxın işğal altında olan 4 kəndi bir güllə atılmadan geri qaytarıldı. Əlbəttə ki, son baş verən hadisələr və atılan addımlar sülh müqaviəsinin imzalanması ilə bağlı olan inamları da artırır. İki ölkə yekun sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması regionda bir sıra problemləri aradan qaldıracaq. Amma burada bir məsələ var. Xocalı qatilləri hələ də azadlıqdadır. Sülh müqaviləsindən bağlandıqdan sonra, Xocalı qatilləri Robert Köçəryan və Serj Sarkisyan Azərbaycana təhvil verilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, Xocalı qatillərinin mühakimə olunması Azərbaycan hüquq-mühafizə orqanlarının, prokurorluğunun apardığı istintaqla mümkündür:
"Onların beynəlxalq axtarışa verilməsi və interpol xətti ilə həbs edilərək Azərbaycana təhvil verilməsi və məhkəmələrinin ədalətli şəkildə aparılması prosesi baş verə bilər. Azərbaycanın aidiyyəti dövlət orqanlarında bununla bağlı cinayət işi var. Araşdırmalar və istintaq davam edir. Lakin sülh müqaviləsi bağlanda, sənədin predmetində şəxslərin Azərbaycana verilməsi öhdəliyi Ermənistana qoyulması bir az çətin məsələdir. Daha doğrusu mümkün görünmür. Çünki Azərbaycan tərəfi bunu təklif kimi təbii ki, verə bilər. Əgər onlar Ermənistan Respublikasının vətəndaşlarıdırsa Ermənistan onları mühakimə etmək üçün Azərbaycana verməz. Dünyanın heç bir ölkəsi öz vətəndaşını mühakimə olunması üçün başqa dövlətə vermir. Biz bunu ancaq interpol vasitəsilə həyata keçirə bilərik. Amma onlar əgər 1991-ci ilə qədər Azərbaycan SSRI-nin vətəndaşları olublarsa, Azərbaycan respublikasının ərazisində qeydiyyatı olubsa və yaşayıblarsa, vətəndaşlıqda reinteqrasiya ediblərsə, bu halda onların təhvil verilməsi mümkün olan haldır. Təbii ki, bu işin gedişatına baxmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1172 Tarix: 25 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun