Əvvəl qarət etmək istədi, sonra qucaqladı - VİDEO
Bilyard klubunu qarət etmək istəyən oğru fikrindən daşınaraq, onu tanımış bufetçini qucaqlayıb. Bu görüntüləri "The Sun" yayımlayıb.
Bildirilir ki, narkotik asılılığı olan Lyuk Cons hadisə günü vaxtilə üzvü olduğu yerli bilyard klubunu soymaq qərarına gəlib. O, üzünü maska ilə örtərək, müəssisəyə silahlı basqın edib. Həmin vaxt bar masasının arxasında İvetta Smit təmizlik işləri aparırmış. Qadın ona silah tuşlamış gənci tanıyıb və "Lyuk, niyə belə edirsən?" deyə, ağlamağa başlayıb.
Bundan sonra Cons silahı kənara qoyub, maskasını çıxarıb və qıza təsəlli vermək üçün onu qucaqlayıb.
Polis idarəsində verdiyi ilkin ifadədə Cons zarafat etdiyini desə də, sonradan heroin üçün pul lazım olduğunu etiraf edib. Məhkəmə onun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bundan başqa, o, 15 il müddətində Smitə yaxınlaşa bilməz.
Məhkəmədə bildirilib ki, qadın yaxın qohumu özünü güllələyəndən sonra silahdan qorxub. Bu səbəbdən bilyard klubunda baş verənlər onun psixikasına ciddi zərər vurub və İvetta Smit hələ də özünə gələ bilməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 5072 Tarix: 11 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putin Yeni ili onlarla qeyd edəcək
"Rusiya Prezidenti Vladimir Putin Yeni ili yaxınlarının və doğmalarının əhatəsində qeyd edəcək". "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib. Peskovun sözlərinə görə, Putin üçün Yeni il əsl ailəvi bayramdır. Kremlin nümayəndəs
19 dekabrPlanetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur
Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir
18 dekabrİmran Xan və həyat yoldaşı Büşra Bibiyə HÖKM OXUNDU
Pakistan Korrupsiya Məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Büşra Bibini Toşaxan-2 korrupsiya işi üzrə hər birinə 17 il olmaqla həbs cəzasına məhkum edib. Bu barədə nəşrinə istinadən xəbər verir. Məlumata görə, qərar cütlüyün 2021-ci ildə Səudiyyə hökumətindən aldığı dövlə
20 dekabrŞahzadə ağır xəstədir - Ağciyər axtarırlar
Norveçdə Şahzadə Mette-Maritin səhhəti son dövrlərdə pisləşib. xəbər verir ki, Norveç kral sarayı son aylarda səhhətində ciddi pisləşmə müşahidə olunan Norveç tac şahzadəsi Mette‑Maritin ağciyər nəqlinə ehtiyacı ola biləcəyini açıqlayıb. 52 yaşlı şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub
20 dekabrDünyada ən sürətli heyvan hansıdır?
Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb. Quruda ən sürətli heyvan
15 dekabrNATO Ermənistanla yeni çərçivə sənədini gələn il razılaşdırmaq niyyətindədir
NATO Ermənistanla tərəfdaşlıqla bağlı yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Radmila Şekerinskaya Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra bəyan edib. "Nazir Suren Papikyanla Ermənistanı
20 dekabr