"Sahibkarlıq mühiti və ilk növbədə iri biznes bu prosesə aktiv qoşulmalıdır"-RƏY

"Sahibkarlıq mühiti və ilk növbədə iri biznes bu prosesə aktiv qoşulmalıdır"-RƏYKoronavirusun bütün dünyada yayılması kontekstində dövlət və özəl şirkətlər əhəmiyyətli itkilər verir, bütün ölkələrin iqtisadiyyatları bundan əziyyət çəkir.
Təəssüf ki, ölkəmiz də istisna olmadı. Çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hökumət vətəndaşların gündəlik həyatda çətinlik yaşamaması üçün hər şeyi edir.
Bu baxımdan, təkcə dövlət qurumlarının rəhbərlərinin deyil, həm də özəl sektorun nümayəndələrinin işçilərinə münasibəti vacibdir. Bu çətin vaxtda, tabeliyinizdəki işçilərlə həmrəylik göstərmək, vəziyyətdən birlikdə çıxış yolu tapmaq və kadr ixtisarı etməməyə çalışmaq çox vacibdir.
Bu, həm böyük biznes nümayəndələrinə, həm də orta və kiçik biznes subyektlərinə aiddir.
Buna nümunə olaraq, "Azercell" şirkətinin fəaliyyətini göstərmək olar.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Elşad Məmmədov Sonxeber.az-a açıqlama verib. O, bidlrib ki, dünya iqtisadiyyatında koronavirusun mənfi təsirləri daha çox hiss olunmaqdadır:

"Bu mənfi təsirlər çox təəssüf ki, Azərbaycanda da görünür. Bu nöqteyi-nəzərdən ölkədə iqtisadi idarəetmə ilə bağlı qərarlar qəbul olunur, dövlət başçısı prezident cənab İlham Əliyev tərəfindən koronavirusla bağlı mübarizə fondu, eyni zamanda müxtəlif nazirliklərin və Mərkəzi Bankın rəhbərliyi ilə işçi qrupu da yaradılıb. 1 milyard manata yaxın vəsaitin büdcədən koronavirusla bağlı mübarizəyə ayrılması da nəzərdə tutulub. Amma sahibkarlıq mühiti və ilk növbədə iri biznes bu prosesə aktiv qoşulmalıdır. Bunun bir tərəfdən sosial mənası var, sözssüz ki, digər tərəfdən isə biznesin özü üçün də Azərbaycan iqtisadiyyatının qorunması çox önəmlidir. Unutmayaq ki, o iri biznesin özü də Azərbaycan iqtisadiyyatının dayanıqlı olmasında ciddi şəkildə maraqlı olmalıdır. Çünki, bundan özü böyük faydalar görə bilər. Bütün bunlarla yanaşı tədbirlərin yalnız maliyə ayırmaları ilə bağlı məsələlərlə məhdudlaşmasının qətii şəkildə tərəfdarı deyiləm. Çünki vəziyyət kifayət qədər mürəkkəbdir və belə olan halda biz artıq köhnə iqtisadi idarəetmə modellərinin effektiv olmayacağını proqnozlaşdıra bilərik. Ona görə də islahatlar və iqtisadi idarəetmə modeli sistemli və kompleksli olmalıdır. Bu baxımdan düşünürəm ki, mütləq şəkildə yeni iqtisadi yanaşma tətbiq olunmalıdır. Bu bir tərərfdən işguzar fəallığın azalması ilə bağlı işsizlər ordusunun yaranmaması üçün yeni iqtisadi sahələrin formalaşmasına və burada dövlətin ciddi şəkildə iştirakına zərurət yaradır. Bütövlükdə hesab edirəm ki, yeni sahələrin yaranması baxımından əgər özəl sektor o sahələrə doğru gedəcəksə, orada ciddi vergi imtiyazları olmalı, dövlət müəyyən infrastruktur yaratmalıdır. Bununla yanaşı bu sahələrin, istiqamətlərin yaradılmasında dövlətin xüsusi rolu olmalıdır.

Ümumiyyətlə dövlətin iqtisadiyyatda iştirakının artırılmasına ciddi ehtiyac yaranır. Belə olan halda dövlətin iqtisadiyyatda rolu mütləq artırılmalıdır. Dövlət strateji planlaşdırmaya söykənən iqtisadi siyasət həyata keçirməlidir və bir çox sahələrdə dövlətin iştirakı kritik dərəcədə artmalıdır. Çünki, bütövlükdə buna ehtiyac var idi amma indiki halda isə buna ehtiyac dəfələrlə artır. Bir şeyi bilmək lazımdır ki, yeni şəraitdə köhnə idarəetmə üsulları ilə iqtisadi idarəetmənin təşkil edilməsi effekt vermiyəcək. Dövlətin yeni strateji planlaşdırmaya söykənən yeni iqtisadi idarəetmə sistemi işlənib hazırlanmalıdır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5084   Tarix: 22 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021