Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 000 000 manat və ya 60 faiz artaraq 6 400 000 000 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib.
Sonxeber.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilən kollegiya iclasında deyib.
Onun sözlərinə görə, altı ayda sosial sığorta daxilolmalarının 7,8 faiz və ya 133 700 000 milyon manat artaraq 1 836 300 000 manat təşkil etdib. Həmçinin sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayının 95 300 nəfər artaraq 4 500 000 nəfərə çatıb.
Nazir Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirlərinin davam etdirildiyini, bu kateqoriyadan olan artıq 24 min şəxsin 33 min xidmətlə əhatə olunduğunu deyib.
Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 000-dək mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300-ü verilib. Bununla da indiyədək şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 10 mini ötüb.
Sahil Babayev Vətən müharibəsində yaralanmış 109 qazinin 113 yüksək texnologiyalı protezlə təmin olunduğunu, ümumilikdə qazilərin sosial dəstəklə, reabilitasiya xidmətləri təminatı işinin getdikcə genişlənməsinin əsas fəaliyyət istiqaməti olduğunu vurğulayıb.
Nazir şəhid ailəsi üzvləri və qazilərdən ibarət olmaqla artıq 6800-dək şəxsin sosial dəstək çərçivəsində məşğulluq proqramları ilə əhatə edildiyini, o cümlədən 5 047 şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb
3 noyabrQızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas
29 oktyabrAzərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər
29 oktyabrAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24 oktyabrMərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb
Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar
3 noyabrAzərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabrAzərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun
5 noyabrAzərbaycanın daxili dövlət borcu 5 %-ə yaxın azalıb
Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 4,8 % azdır. Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 11,8 %-ni təşkil edib
28 oktyabr