"Azərbaycan digər cinahda erməni virusu ilə də mübarizə aparır"-RƏY

"Azərbaycan digər cinahda erməni virusu ilə də mübarizə aparır"-RƏY"Azərbaycan dövləti hər iki virusla mübarizəyə hazırdır".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, dünya yeni bir problemlə sınağa çəkilir: "Bu gün insanlığı və bəşəriyyəti narahat edən ortaq problemin koronovirus olduğu halda, bu azmış kimi Azərbaycan üstəlik digər cinahda erməni virusu ilə də mübarizə aparır. Hazırda Azərbaycanda koronovirus infeksiyasına qarşı effektiv mübarizə aparıldığı bir vaxtda, hər tərəfli blokada vəziyyətində olan Ermənistanda bu virusa yoluxanların sayı artmaqdadır. Onsuz da iqtisadiyyatı iflic vəziyyətində olan Ermənistan bu problem ilə mübarizə aparmaq iqtidarında deyil. Lakin düşmən ölkənin özü üçün təəssüfedici məqam ondan ibarətdir ki, belə çətin günlərdə belə mənfur əməllərindən qalmır və sərhəddə təxribata əl atır.
Martın 12-də Ermənistanın müdafiə naziri David Toroyan İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edərkən sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahat olduğunu ifadə etmiş və görüşdə Kasprşikdən xahiş etmişdir ki, Azərbaycan-Ermənistan sərhəddi boyunca atəşkəsə riayət olunmasına nəzarət etsin. Eyni zamanda BMT-nin Baş Katibi də dünya dövlətlərinə koronavirus infeksiyası ilə mübarizə çərçivəsində qlobal atəşkəslə əlaqədar çağırış etmişdir. Lakin bütün bunlara baxmayaraq Ermənistan yenə ikiüzlü siyasət yürüdərək vəziyyətdən istifadə etmiş, özünü yenə dırnaq arası "sülh carçısı" kimi qələmə verərək erməni xalqının müharibə istəmədiyini, atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia etdiyi halda növbəti təxribata əl atmışdır. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozublar. Lakin Azərbaycan ordusu bu çətin günlərdə belə silahı əlindən yerə qoymaraq istənilən təxribata hazır olduqlarını nümayiş etdirərək düşmənin mənfur əməlinin qarşısını almağa müvəffəq oldular. Yalnız İrandan asılı vəziyyətdə olub blokadada yaşayan Ermənistan bu ölkə ilə COVİD-19 virusuna görə sərhədlərinin bağlandığı və tamamilə aciz duruma düşdüyü bir məqamda hər addımını ciddi ölçüb-biçməlidir. Çünki Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa hazırdır. Azərbaycan bu çətin günlərdə müharibə istəmir. Lakin əgər Ermənistan ordusu atəşkəsi pozacaq və Azərbaycan tərəfi şəhid verəcəksə o zaman Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan ordusu cavab verib işğalçı ölkəni itki verməyə məcbur edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2385   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel