"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahlarını qarşısını almaq məqsədilə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, vətəndaş nikahı son vaxtlar çox müzakirə edilən və heç bir halda nəticə əldə edilməyən bir məsələdir.
"Çünki biz həll yolunu dövlətdən gözləyirik. İctimaiyyət isə məsələyə birtərəflik nümayiş etdirir. Dövlətdə hər yerdə ola bilmədiyi üçün nəzarət mexanizmi bir qədər çətindir. Burada məsuliyyət cəmmiyyətin üzərinə düşür. Onlar bu kimi vəziyyətləri gördükləri anda xəbər verməlidir. Lakin heç kim bu məsuliyyətin altına girmək istəmir. İnsanlar erkən nikaha məcbur edilən uşağın toyunda iştirak edir, xonçasından nabat götürür yeyir. Lakin onu və valideynlərini əlaqədar quruma bildirmək yaxud məsuliyyət altına girmək istəmir. Qohumluq, dostluq, tanışlıq bəhanələr ilə bu məsələ ilə bağlı addım atmırlar. Əgər bu gün vətəndaşlar məlumat verməyəcəksə, hansısa ucqar dağ kəndində vətəndaş nikahı olacaqsa və qeyri-qanuni ailənin övladı dünyaya gələcəksə burada günahkar kimdir? Təbii ki, bunu görən, susan və laqeyd yanaşan hər kəs günahkardır. İnsanlar bu gün nikah bağlanmadan ailə qururlar. Rəsmi nikah olmadan toy edən insanlar düşünürlər ki, ailə qurublar.
Sosioloqun sözlərinə görə, dövlət rəsmi nikah edən ailəni qanuni sayır. Bu sənəd olmadığına görə, vətəndaş nikahından doğulmuş uşaqlar artacaq. Bir şeyi nəzərə almaq və ciddi formada tətbiq etmək lazımdır ki, dövlətin verdiyi nikah haqqında şəhadətnamə olmadan heç bir din xadimi dini nikah bağlamamalıdır. Din xadimləri ən ali sənəd sayılan nikah haqqında şəhadətnaməni tələb etməlidir:
"O şəhadətnaməni gördükdən sonra həmin din xadimi cütlüklərə dini nikah kəsməlidir. Bu məsələdə diqqətli olmalıdır. Onların bu işdə bir qədər məsuliyyətli olması vacibdir. Uşaqların nikahdan kənar doğulması məsələsi yalnız onların məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür. Sənəd tələb ediləndə, ailənin yadına düşür ki, nikahları yoxdur. Bu halda gedirlər nikah kəsdirirlər. Elə hallar var ki, uşağın 7 yaşı tamam olur və ailənin nikah haqqında sənədi olmadığı üçün məktəbə gedə bilmir. Bu cür vəziyyətlərdə vətəndaş nikahından doğulan uşaqların sayında artım olacaq. Bəzən erkən nikah deyil, sadəcə olaraq ailə adı altında qeyri-qanuni şəkildə yaşayanlar var. Beləliklə qadın uşaq dünyaya gətirir və bu da vətəndaş nikahı hesab olunur. Səbəblər və yollar çoxdur. Lakin nəticə eynidir. Vətəndaş nikahından doğulan uşaqların sayı yüksəlir. Biz hər şeyi dövlətin boynuna yıxa bilmərik. Dövlət həmişə hər yerdə ola bilmir. Ona görə vətəndaşın məsuliyyəti və ictimai qınaq çox problemi həll edə bilər. Lakin məsuliyyət altına girmək istəmirik".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər