"Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik" - RƏY

"Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik" - RƏYXüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən verilən məlumatda bildirilib ki, ilk növbədə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Report"a açıqlamasında BNA tərəfindən ekspres xətlərin təşkil edilməsini yüksək qiymətləndirdiyini bildirib:

"Koronavirus pandemiyası dünyada geniş şəkildə yayılıb və dünyanın bir çox yüksək maddi imkanlara malik ölkələrində qarşısıalınmaz hala çevrilib. Eyni vəziyyətin bizdə də yayılmaması üçün tətbiq edilən karantin qaydalarına riayət etməliyik. Bu virusa yoluxma ictimai yerlərdə, xüsusən də ictimai nəqliyyatda baş verə bilər. İctimai nəqliyyat vasitələrində qapalı mühit olduğuna görə orda virusa yoluxma ehtimalı daha böyükdür. Bu baxımdan metrolar avtobuslara nisbətən daha təhlükəlidir. Çünki orda açıq hava şəraiti yoxdur. Bunu nəzərə alaraq BNA-nın son zamanlar əlavə ekspres xətlər istifadəyə verməsini yüksək qiymətləndirirəm. Elə vətəndaşlar var ki, onlar evdən çıxıb işə getməyə məcburdurlar. Həmin vətəndaşları daşımaq üçün BNA-nın avtobuslar ayırması çox təqdirəlayiqdir. Digər tərəfdən BNA avtobuslarda qoruyucu tədbirlər həyata keçirir və monitorlara yerləşdirdiyi videoçarxlar vasitəsilə virus əleyhinə maarifləndirici addımlar atır. Biz də nəqliyyat sahəsi üzrə mütəxəssis olaraq vətəndaşlarımızı həm tətbiq edilən xüsusi karantin qaydalarına riayət etməyə təşviq edir, həm də bu qaydalara riayət edənlərə öz təşəkkürümüzü bildiririk. Bütün insanları tətbiq olunan qanunlara riayət etməyə, izolyasiya çağırışlarına uyğun davranmağa çağırırıq. Hamımız əlbir şəkildə fəaliyyət göstərsək bu virusa qalib gələ bilərik".

Qeyd edək ki, BNA-nın bu gündən təşkil etdiyi M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3023   Tarix: 29 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin İdarə Heyətinin sədrinə müşavir təyin edilib. Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevun müvafiq əmri ilə qurumun İdarə Heyətinin sədri Anar Bayramovun təqdimatı əsasınd

9 may
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

8 may
.

Niyazi Bayramovun rəhbəri olduğu Gəncə İcra Hakimiyyəti məhkəməyə verildi - Şikayətçi görün kimdir

Gəncə Şəhər İcra Hakimiyyəti məhkəməlik olub. xəbər verir ki, Mehtiyeva İlahə İbrahim qızı icra orqanının işindən narazı qaldığı üçün Gəncə İnzibati Məhkəməsinə üz tutub. Hakim Gülşən Əliyevanın icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəda

9 may
.

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib. APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habi

8 may
.

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi cərimə edilib. Qaynarinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti quruma İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb. 192.4-cü maddə işçini

8 may
.

"Sahil Babayev gələndə ümidlənmişdim, amma..." - Boks məşqçisi narazıdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının (AFB) prezidenti seçildikdən sonra bu sahənin inkişafına ümidlər yaransa da, baş verənlər bunun əksini göstərir. Boks üzrə məşqçi Ramin Məmmədzadə Qaynarinfo-ya bildirib ki, hazırda Azərbaycan boksu inkişafa deyil

9 may
.

Onlarla bağlı qərar dəyişmədi

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), "Məclis.info" saytının rəhbəri İmran Əliyev və jurnalist Şamo Eminov haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi istənilib. "Qafqazinfo" xəbər verir ki, Ş.Eminovla bağlı vəsatət

9 may
.

Tanınmış Teleaparıcı Zaur Mükafata Layiq Görüldü - FOTO/VİDEO

Tanınmış Teleaparıcı və Prodüser Zaur Əliyev "Azərbaycan Brendi Milli Mükafatı"na (Brand of Azerbaijan Awards) mükafatına layiq görülüb. xəbər verir ki, mükafatlandırma mərasimi ötən gün Teleqüllədə keçirilib. Qeyd edək ki, Zaur Əliyev "ANS", "ATV", "ARB", "MTV"

9 may
.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən -a verilən məlumata görə, həmin gün ali və orta ixtisa

8 may