Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama

Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar açıqlama yayıb.

Sonxeber.az xəbər verir ki, o, açıqlamasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

"Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.

Ona görə də, bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.

İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır.

Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.

Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olmaq lazımdır.

Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.

Beləliklə, adıçəkilən kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməməyi xahiş edirik. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, nəticədə müraciətlərin emalında çətinliklər yaşanır. Göstəricilərə uyğun gələn və işsiz kimi birdəfəlik ödəməni almağa haqqı çatan şəxslərə isə təmkinli olmağı tövsiyə edirik.

Bildiririk ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün yaxın saatlarda ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 8386   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakı sakinlərinə eyvanda konsert verdi — MARAQLI GÖRÜNTÜLƏR

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədər tətbiq edilən ciddi karantin rejiminə görə əhalidən evlərində qalmaq tələb olunur.. . "Ölkə.Az" xəbər verir ki, insanların karantində darıxmamaları üçün gənclərdən biri maraqlı addım atıb. O, bina sakinləri üçün eyvanda konsert verib. Videogörünt

6 aprel

Koronavirusa 5G xətləri səbəb olub - Məşhurların da dəstəklədiyi YENİ İDDİA

Çinin Uhan şəhərindən qısa müddətdə bütün dünyaya yayılan koronavirusla bağlı bir çox iddialar səslənir. . . Əksər məşhurların da dəstəklədiyi yeni iddiaya əsasən, dünyada 1,2 milyondan çox insana yoluxan və 69 mindən çox insanın ölümünə səbəb olan koronavirusun səbəbkarı və bu xəstəliyi yayan ən vaci

6 aprel

Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? - ARAŞDIRMA

Honkonq Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis, COVID-19-un müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.. . "Ölkə.Az" xəbər verir ki, nəticələr "South China Morning Post" nəşrind

6 aprel

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Koronavirus pandemiyası Cənubi Amerika ölkəsi Ekvadorda çöküşə səbəb olub.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, ölkədə infeksiyaya yoluxan şəxslər küçədəcə dünyasını dəyişir.. . Quayaquil şəhərində 150-yə yaxın cəsəd küçələrdə qalıb. Səlahiyyətli şəxslərin sahib çıxması ümidilə yollar

6 aprel

Koronavirusdan ölənləri gözləyən qəbiristanlıq - FOTO

Braziliyanın ən böyük qəbiristanlığında koronavirusdan ölənləri dəfn etmək üçün xüsusi ərazi ayrılıb və yeni məzarlar hazırlanır.. . Redaktor.az-ın məlumatına görə, qəbir qazan şəxslər "Reuters" agentliyinin əməkdaşına bildiriblər ki, koronavirus pandemiyası başlayandan məzarlıqda dəfn olunanları

6 aprel

Trampdan maraqlı TƏKLİF: Koronavirusu BUNUNLA müalicə edin

ABŞ prezidenti Donald Tramp koronavirusu müalicə etmək üçün malyariya, lupus (qırmızı qurd eşənəyi) və artrit əleyhinə olan dərmanlardan istifadə etməyi təklif edib.. . Sonxeber.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu barədə "The Denver Channel" yazır.. . Söhbət hidroksixloroxin preparatında

6 aprel

"Cənab prezident hər zaman hümanist addımları ilə vətəndaşlarımızı sevindirməkdədir" - İqbal Məmmədov

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.. . Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, cənab prezident bu gün imzaladığı əfv sərəncamı ilə necə böyük ürəy

6 aprel

Vəkil Kamandar Nəsibov əfv sərəncamına görə Prezidentə təşəkkür etdi

"Prezident İlham Əliyevin dünyada, o cümlədən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən yaşı 65-dən yuxarı olan məhkumların əfv edilməsi ilə bağlı imzaladığı sərəncam humanizm göstəricisidir".. . Bu barədə "Report"a açıqlamasında Vəkillər Kollegiyasını

6 aprel

Deputat: "Əfv sərəncamı xalqın çətin vəziyyətdə daha sıx birləşməsinə xidmət edəcək"

Bir müddət əvvəl məhkəmələrin qərarı ilə 200-dən çox məhkumun cəzalarının çəkilməmiş hissəsindən azad edildi. Bu gün də daha 176 məhbusun azad olunması barədə karantin rejimində Prezident İlham Əliyev əfv sərəncamı imzaladı. Təbii ki, bu, humanizm prinsiplərinin rəhbər tutularaq imzalanan əfv idi. B

6 aprel