Karantin rejimi üçün saxta arayış hazırlayan jurnalistlər saxlanıldı

Karantin rejimi üçün saxta arayış hazırlayan jurnalistlər saxlanıldıKoronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğunun Mətbuat Xidmətləri məlumat yayıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov "Sağlam Həyat Naminə", eləcə də "Siyasət və Gerçək Uğur" jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından süi-istifadə edərək sərbəst hərəkətləri məhdudlaşdırlan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar. Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar. Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcəkdir.
Karantin rejimi üçün saxta arayış hazırlayan jurnalistlər saxlanıldıKarantin rejimi üçün saxta arayış hazırlayan jurnalistlər saxlanıldıKarantin rejimi üçün saxta arayış hazırlayan jurnalistlər saxlanıldı


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1319   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun

Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTO

Koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.. . Bakı Şəhər İcra Hakimiyyətinin Mətbua

8 aprel

Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq

Milli Məclisin sabah – aprelin 9-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.. . "Report"un əldə etdiyi məlumata görə, parlamentin sabahkı iclasına yaşı 65-dən yuxarı olan deputatlar qatılmayacaq.. . Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Report"

8 aprel

Sabah 14 dərəcə isti olacaq

Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.. . Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata əsasən, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, mülayi

8 aprel

Türkiyənin tanınmış aktyoru vəfat etdi - FOTO

"Yeşilçam"ın (Türkiyə kino sənayesi) məşhur aktyoru Cevdet Balıkçı ölüb. . . Sonxeber.az "Haber Türk"ə istinadən xəbər verir ki, uzun müddət xəstəxanada müalicə alan aktyor 79 yaşında vəfat edib.. . Qeyd edək ki, Cevdet Balıkçı Türkiyə kino tarixində qatil, mafioz rollarının mahi

8 aprel

53 yaşlı müəllim qonşusunu güllələdi, intihar etdi - FOTO

Türkiyənin Kastamonu şəhərində yaşayan 53 yaşlı keçmiş müəllim mübahisə etdiyi qonşusunu güllələyib, daha sonra isə intihar edib. . . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı 2 uşaq atası İlhan Pələnk bilinməyən səbəbdən 38 yaşlı qonşusu Gültən Təmiri güllələyib.. . Daha sonr

8 aprel

Küçələrdən 500 meyit yığdılar - Koronavirus DƏHŞƏTİ

Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində insanlıq dramı yaşanır.. . Son 1 həftə ərzində şəhərdəki xəstəxana və evlərdən 500 cəsəd toplanıb.. . Ölkə mətbuatında yayılan məlumatlara görə, 12 martdan elan edilən karantin tədbirlərinə görə evlərdən ölülər çıxarılmır və dəfn xidmətləri göstərilmir

8 aprel

Deputatlar: "Hərbçilərə mənzil verilməsi dövlət üçün prioritet məsələlərdən biridir"

"Dövlət özünü mənzillə təmin eləmək imkanı nisbətən zəif olan insanları daim diqqətdə saxlayır və onların sosial rifahının yaxşılaşdırılması üçün addımlar atır. Bu qrupa hərbçilər də aiddir. Hərbçilərə mənzillərin verilməsi hamımızın ürəyindən olan hadisədir". . Bunu Milli Məclisin deputat

8 aprel

Əksəriyyət səhv bilir: 96 faizlik spirt virusu öldürmür - Bəs nə etməli? - VİDEO

96 faizlik spirt dezinfeksiya üçün yaramır, bunun üçün spirtin faizini 70-ə salmaq lazımdır.. . Sonxeber.az Day.Az-a istinadən xəbər verir ki, "Telesəhər" verlişində spirtlə bağlı vacib məqamlara toxunulub. Ev şəratində spirtin faizinin aşağı salınması yolları göstərilib.. . .

8 aprel