Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRH

Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRHAzərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların sayı durmadan artır. Bir çoxları isə qanunvericiliyin tələblərinə cavab vermədən bu fəaliyyətlə məşğul olmaqda davam edir. Karantin rejimi ilə bağlı son hadisələr Azərbaycanda fəaliyyət göstərən taksilərin çox az hissəsinin uçotda olduğunu sübut etdi.

Bəs taksi fəaliyyəti üzrə əsas tələblər nədir? Bu fəaliyyət sahəsində hansı problemlər mövcuddur?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirdi ki, ölkəmizdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif normativ hüquqi aktlar var:

"Taksi avtomobilləri üçün ölkə miqyasında 2015-ci ildə qəbul olunmuş AZS standartı var. Bakı şəhəri üçün də Nazirlər Kabinetinin 2019-cu ildə qəbul olunan 73 saylı Qərarı mövcuddur. Həmin qərarda Bakı şəhəri ərazisində taksi fəaliyyəti, taksi avtomobilləri və sürücüləri üçün tələblər məyyən olunub. Taksi avtomobillərinin texniki təchizatı, ekoloji standartlara cavab verməsi həm Azərbaycan, həm də beynəlxalq standartlara uyğun olmalıdır. Belə ki, nəqliyyat vasitələri dövri texniki baxışdan keçirilərək istismara yararlı olmalıdır. Taksi tərtibatı ilə bağlı da müəyyən məsələlər var. Məsələn, avtomobilin damında taksilər üçün müəyyən olunmuş fərqləndirici rəng qrafikası olan işarə və taksi fanarı olmalıdır".

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə hüquqi olaraq məşğul olmaq üçün bir neçə variant mövcuddur:

"Ən bəsit variant fərdi taksi fəaliyyətidir ki, burada fiziki şəxs özü öz avtomobili ilə taksi fəaliyyəti göstərir. Burada da avtomobil qeyd olunan tələblərə uyğun olmalı, sürücü ən azı 21 yaşda olmaqla minimum A yaxud B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmalıdır. Həmçinin sürücü fərdi sahibkar kimi vergi orqanlarında uçota durmalı, aylıq fərqlənmə nişanı almalı və fərdi sahibkar olaraq Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişlərini (60,5 manat) etməlidirlər.

Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRHİkinci variantda isə hüquqi şəxs yaratmaqla taksi fəaliyyəti ilə məşğul olmaq olar. Bu zaman hüquqi şəxsin balansında taksi üçün istifadəyə yararlı müəyən sayda avtomobillər olmalı, hər bir avtomobil üçün fərqlənmə nişanı alınmalıdır. Hüquqi şəxslərdə isə sosial sığorta ödənişləri əmək haqqı yolu ilə ödənilir.

Hal-hazırda operatorlar və aqreqatorlar vasitəsilə də (mobil sms və onlayn taksi sifarişi) taksi xidmətləri var. Burada həmin hüquqi şəxslər vasitəçi rolunu oynayaraq operator kimi taksi müştərisi ilə taksi sürücüsü arasında əlaqə yaradırlar. Onların balansında adətən avtomobil olmur, bəzi hallarda isə istisnalar mövcuddur".

Ekspert taksi fəaliyyətində mövcud problemlərə də toxunub:

"Təəsüf ki, son karantin rejimi göstərdi ki, faktiki olaraq taksi fəaliyyətini həyata keçirən insanlar qanunvericiliyin tələblərini pozaraq fərqlənmə nişanı almırlar. Məlum oldu ki, Bakıda təxminən 1000-1500 arası taksi minik avtomobilləri hər ay fərqlənmə nişanı alır. Digərləri isə fərqlənmə nişanı almır və vergi ödəmirlər. Avtomobillərin tərtibatı ilə bağlı da hər şey qaydasında deyil. Burada nizam-intizamın yaranmasına ehtiyac var.

Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRHKarantinlə bağlı Nazirlər Kabinetinin qərarından belə məlum oldu ki, tam qanuni taksi fəaliyyəti ilə məşğul olanlar - uçota alınıb fərqlənmə nişanı alanlar fəaliyyətini davam etdirə bilərlər. Qanunvericiliyin tələləblərinə cavab verməyən avtomobillər isə bu müddət ərzində taksi fəaliyyəti ilə məşğul olduqda cərimələnəcəklər. Bu isə taksilərə uçota durmaq və vergi ödəmək üçün dərs olmalıdır. Həmçinin sosial sığorta ödənişləri edilməlidir ki, gələcəkdə pensiya ala bilsinlər. Bu istiqamətdə ciddi addımlar atılmalı, ilk növbədə bu insanlar özləri bilməlidir ki, gələcəkdə də buna bənzər hallar ilə qarşılaşmamaq üçün hər şeyi qanun çərçivəsində etmək lazımdır".

Ə. Hüseynov bildirdi ki, hazırda bununla bağlı hüquqi məsuliyyət məsələlərində də boşluqlar var:

"Belə ki, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olanlar barəsində 40 manat cərimə sanksiyası tətbiq oluna bilər. Lakin nəzarət orqanları bu halları bir-bir aşkar etmək, məsuliyyətə cəlb etmək məsələsində əziyyət çəkirlər. Çünki burada söhbət on minlərdən gedir.

Taksi fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliyə uyğun təşkil olunması və buna səmərəli nəzarət üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) bir sıra maraqlı ideya və təklifləri var. Düşünürəm ki, Nazirlər Kabineti və digər dövlət strukturları həmin təkliflərə həssas yanaşmalı, taksi sürücüləri özləri, taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər öz fəaliyyətlərini qanunvericilik çərçivəsində qurmağa çalışmalıdırlar ki, taksi fəaliyyətindəki xaos və qeyri-müəyyənlik aradan qalxsın. BNA-nın həmin ideyalarının qanunvericiliyə gətirilməsi bu xaosun aradan qaldırılmasında hüquqi baza ola bilər".

Taksi fəaliyyətində xaos və qeyri-müəyyənlik - ŞƏRH


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1573   Tarix: 13 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

15 dekabr
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16 dekabr
.

Sabah yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər

16 dekabr
.

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmrlər imzalayıb. Əmrlərə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsini

15 dekabr
.

"Belarusski" mağazasından 36 min manatlıq oğurluq - Fəhlə müdirin kassanı yardı

"Aznur" MMC-yə məxsus "Belarusski" mağazasında oğurluq baş verib. Qaynarinfo-nun məlumatına görə, mağaza müdirinin otağındakı seyfdən 36 404 manat pul oğurlanıb. Hadisəni mağazanın fəhləsi törədib. O, oğurluqdan bir gün sonra polis tərəfindən saxlanılıb. Nadir Şahinliyə (şərti) qarş

15 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən

15 dekabr
.

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir (YENİLƏNİB)

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir. "Report"un Qərb bürosunun məlumatına görə, hazırda K.Avanesyan məhkəmədə Azərbaycan dilində ifadə verir. 17:06. Xankəndidə terrorçulu

15 dekabr
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15 dekabr