Anar Əlizadə: "Martın 14-dən ailəmlə birlikdəyəm, heç bir səfərə çıxmamışam..."

Anar Əlizadə: "Martın 14-dən ailəmlə birlikdəyəm, heç bir səfərə çıxmamışam..."Bu günlərdə Britaniya mediası koronavirus pandemiyasına görə sərt karantin rejiminin hökm sürdüyü bir vaxtda bir qrup zənginin gənc qızlarla kef çəkmək üçün özəl təyyarə ilə Fransanın Lacivərdi sahillərinə, kirayə götürülmüş dəbdəbəli villaya getmək cəhdi barədə yazıb. Həmin əhvalatda deyilirdi ki, təyyarənin göyərtəsində yaşları 40-50 arasında olan 7 kişi və gənc qızlar olub. İşıq üzü görən məqalələrdə zənginlərin adları göstərilməyib.

Qalmaqallı məlumat Britaniyanın tanınmış "The Daily Mail", "Mirror", Amerikanın "NBC News" nəşrlərində yer alıb.

Məlumata əsasən, zəngin əcnəbilər "Embraer Lagacy 600" təyyarəsi ilə Londondan Marsel aerportuna, oradan isə 3 vertolyotla kurort şəhəri Kanndakı "Alang Alang" adlı villaya uçmaq istəyirdi. Lakin Fransa polisi gələnləri aerportdan Londona geri qaytarıb, onları gözləyən vertolyot pilotlarını isə cərimələyib. Bildirilirdi ki, təyyarənin göyərtəsində ukraynalı biznesmen də olub. Təyyarəni, vertolyotları və villanı da məhz o kirayələmişdi.

Anar Əlizadə: "Martın 14-dən ailəmlə birlikdəyəm, heç bir səfərə çıxmamışam..."Aprelin 11-də Britaniya mediasında dərc edilmiş bu əhvalatdan bir neçə gün keçmiş bəzi müxalif dairələr onu Azərbaycanla, konkret olaraq dövlət neft şirkəti SOCAR-la əlaqələndirməyə cəhd ediblər. Həmin dairələrə istinadən bəzi yerli saytlarda iddia edilir ki, həmin ukraynalı biznesmen "SOCAR Ukrayna" şirkətinin rəhbəri Elçin Məmmədov olub, təyyarədəki digər şəxsin isə Anar Əlizadə adlı azərbaycanlı iş adamı olduğu iddia edilib.

Virtualaz.org bu iddia ilə bağlı Anar Əlizadə ilə əlaqə saxlayıb. İş adamı bildirib ki, həmin məlumat tamamilə uydurma və böhtandır.

"Adətən İnstaqram kişiciklərinin iftiralarına səssiz qalıram. Onların səviyyəsinə enmək istəmirəm. Amma bu dəfə barəmdə dövriyyə buraxılmış yalanların müəllifləri əndazəni aşdılar. Ona görə də, sizin sualınıza cavab vermək qərarına gəldim. Mən özüm bu məqalələri oxumuşam. Axı Britaniya mətbuatında yer almış bu məlumatlarda heç kimin adı açıqlanmır!.. Əgər kimsə həmin şəxslərin adlarına dair sübutlar və ya səhih məlumat əldə etsə, buyursun açıqlasın, mənə də bu çox maraqlı olar.
Anar Əlizadə: "Martın 14-dən ailəmlə birlikdəyəm, heç bir səfərə çıxmamışam..."Martın 14-dən ailəmlə birlikdəyəm, karantin rejiminin tələbləri ilə evdəyəm və heç bir səfərə çıxmamışam. Londona və Fransaya isə ümumiyyətlə 2 aydan çoxdur ki, nə işgüzar, nə də şəxsi səfərlərim olmayıb. Bu məlumat tamamilə uydurmadır və şəxsimə qarşı atılmış çirkin böhtandır. Bu iftiraya imza atmış şəxslər - İnstaqramın məlum kişiciyi və onun yanında olan bəziləri mənim adımı bu cür çirkin iddiada hallandırmaqla mənəviyyat və əxlaq normalardan nə qədər uzaq olduğunu bir daha təsdiq edir. Xalqımız üçün çətin dövrdür. Həmrəylik nümayiş etdirib bir olmaqdansa, bəzi insanlar namərdlik və naqislik edir. Nəticədə "İnstagram kişicikləri" qazdığı quyuya düşüblər. Bu əclaflıq da öz başında çatdayacaq. Yaxın zamanlarda haqqında söhbət açıldığı şəxslərin adları açıqlanacaq və bu dezinformasiyanın müəllifləri - cılız "qəhrəmanlar" bir daha rəzil duruma düşəcəklər. Bəzi İnstaqram kişicikləri düşmənçiliyi də kişi kimi aparmaq iqtidarından uzaqdılar, öz ampluasındadılar, silahları isə yalnız qarayaxmadır. İndiki müasir və şəffaf dünyada kimin hara səfər etdiyini yoxlamaq üçün böyük səylər göstərmək lazım deyil. Həqiqət üzdədir - internet dövrüdür. Anlamıram, açıq yalan hasil edən şəxslərin təxribatı nəyə hesablanıb?", - iş adamı bildirib.

A.Əlizadə onu da deyib ki, həmin iddiada adı hallandırlan "SOCAR Ukrayna" rəhbəri Elçin Məmmədovla heç bir əlaqəsi yoxdur və nəticədə onunla hansısa birgə səfərdən söhbət belə gedə bilməzdi.

Qeyd edək ki, A.Əlizadənin şəxsi internet səhifəsindən və rəsmi bəyanatından bu məsələyə artıq hüquqşünasların müdaxilə etdiyi bəlli olur. Və iş adamına atılan böhtanla bağlı şərəf və ləyaqətin qorunması üçün zəruri hüquqi addımlar atılacaq. Bu konkret hadisəni nəzərə alaraq öz növbəmizdə həmkarlarımızı bir daha jurnalistika peşəsini çirkin məqsədlər üçün istifadə etməməyə və etik normalara riayət etməyə çağırırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6049   Tarix: 17 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr