Dünya bazarında neftin qiyməti yaxın aylarda 40 dolları ötə bilər-RƏY

Dünya bazarında neftin qiyməti yaxın aylarda 40 dolları ötə bilər-RƏYOPEC və qeyri-OPEC ölkələri 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qəbul edilən qərarın şərtlərini bu gündən icra etməyə başlayacaq.
9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı "Əməkdaşlıq Bəyannamə"si təsdiqlənib.
Qərara əsasən "OPEC+" və digər ölkələr sayəsində mayın 1-dən bazara sutkada 20 milyon barel az neft daxil olacaq.

"OPEC+"ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 milyon barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barel həcmində qərarlaşacaq.

Lakin, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşılıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında isə "OPEC plus" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 milyon, qeyri-OPEC üzrə isə 3,132 milyon barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə "OPEC plus" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 milyon barel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 milyon barel, qeyri-OPEC üzrə 2,349 milyon barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Azərbaycan da bu prosesə qoşulub. Bu neftin qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtsiadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, bazarda təklifin azalması qiymətlərə təsir edən əsas amillərdən biridir:

"Bu baxımdan siz dediyiniz həcmin yarısı qədər də neftin bazara çıxarılması təklifinin azalması əlbəttə, qiymətlərə müəyyən təsir göstərəcək. Amma məsələ burasındadır ki, bu mərhələli şəkildə haradasa sentyabr ayına qədər davam edəcəkdir. Digər tərəfdən neftin qiymətinə təsir edən ikinci əsas amil dünyada iqtisadiyyatın hərəkətə gəlməsidir. Yəni iqtisadiyyat çarxlarının dönməyə başlamasıdır. Son günlər bir sıra Avropa ölkələrində, elə Azərbaycanın özündə də karantin rejiminin yumuşaldılması istiqamətində addımlar atılıb. Bu addımlar hələki çox az ölkəni əhatə edir. Ona görə də neftin qiymətinə təsir edən tələbin artması tendensiyası hələ ortada deyil.

Qeyd edim ki, əsas təsirli vasitə də indiki vəziyyətdə budur. Bazara çıxarılan təklifin azaldılması ilə digər tərəfdən neftə tələbatın artması, yəni dünya iqtisadiyyatının hərəkətə gəlməsi nəticəsində daha çox dünya bazarında neftin qiymətinin artmasını stimullaşdıran amil kimi görünür. O da yəqin ki, növbəti aydan başlayacaqdır. May ayı ərzində neftin qiymətinin 30 dolları keçəcəyi gözlənilmir. Yəni bu ay ərzində proqnozlar təxminən 20-30 dollar arasında olacaq. Amma hesab edirəm ki, iyun ayından iqtisadiyyatın açılmasında daha çox genişlənmə baş verəcək. Biz əsasən iyun-iyul ayında satış qiymətinin hardasa 40 dollara doğru qalxacağını müşahidə edəcəyik. Bu yalnız iyul ayı üçün satılan neft proporsiyalarına aid olacaqdır. Bunun başqa bir tərəfi də var ki, bu da pandemiyanın səngiyib və ya səngiməməsidir. Əgər pandemiya səngiyəcəksə OPEC-in qəbul etdiyi bu qərar önümüzdəki aylarda öz nəticəsini verəcək və neftin qiyməti sentyabr ayına qədər təxminən 40 dolları keçəcək. Bu daha çox pandemiyinanın yox olmasından asılı olan vəziyyətdir. Əgər pandemiya çəkilib gedəcəksə bu payız dünya iqtisadiyyatı öz əvvəlki məcrasına qayıtmağa başlayacaq".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1907   Tarix: 01 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021