Ramazan ayında şeytanın fəaliyyəti nəyə yönəlib?

Ramazan ayında şeytanın fəaliyyəti nəyə yönəlib?Şeytanın (lən) bu mübarək aydakı ən çox fəaliyyəti - bu ayın feyz və bərəkətini bizdən almağa çalışmaqdır. Əgər bir qədər diqqət etsək, görərik ki, bu ayda münaqişələrin və yersiz vaxt öldürməklərinin sayı kifayət qədər olur. Şeytan öz dostlarının yardımı ilə fitnə və münaqişə hazır edər və çalışar ki, insanlar bu mübarək aydan az tövfiq əldə etsinlər.

Ramazan ayı demək, İlahi ziyafətə daxil olmaq deməkdir. İnsan nəfsinə deyər ki, bəsdir yedin, indi Allaha diqqət etmək, ibadət etmək zamanıdır. Biz Məhbubumuzla xəlvət etmək istəyirik və ancaq yediklərimiz bizi Ondan qafil edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq Ramazan ayı bizə o fürsəti verir ki, bütün diqqətimiz Məhbubumuzda olsun, Ona yaxınlaşmağa çalışaq.

Həzrət Peyğəmbər (s) buyurur ki, dolu mədə - şeytanın otlağıdır. Ona görə də şeytanın otlağını qurudub, onun təhriklərindən uzaq olaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Bu ayda behiştin qapıları açılar. Allahdan istəyin ki, onu sizə bağlamasın. Atəşin qapıları bağlıdır və Allahdan istəyin ki, onu sizə açmasın. Şeytanları bağlayıblar. Allahdan istəyin ki, onları sizə hakim etməsin".

Bəli, Həzrət (s) buyurur ki, cəhənnəmin qapıları üzünüzə bağlıdır və Allahdan istəyin ki, elə bağlı da qalsın. Əksinə, behiştin qapıları açıqdır və Allahdan istəyin ki, onu bağlamasın. Bu mübarək ayı yersiz işlərlə keçirməyin və ondan axirət üçün azuqə toplayın.

Bəzən elə olur ki, insan Ramazan ayının son günlərində ibadətindən yorulur və bu zaman üzümüzə açılmış behişt qapılarını bağlaya bilərik. Əgər bu fürsətdən həqiqətən doğru istifadə edə bilməsək, behiştin qapılarını ürəyimizə bağlamış olarıq.

Bəzən də elə olur ki, hər bir nigarançılıq və təşviş bizi tərk edir. Nigaran deyilik ki, dünya malı əlimizdən gedəcəkdir, yoxsa yox. Bu, o deməkdir ki, behiştin qapıları üzümüzə yenidən açılmaqdadır. Əgər görsəniz ki, bu hal get-gedə artmaqdadır, bilin ki, behiştin qapılarının bağlanmasına imkan verməmisiniz. Ancaq əgər yenə hərislik və tamahkarlıq hiss etsəniz və dünya malı sizi özünə cəlb etsə bilin ki, bu qapıları yenidən bağlamaq istəyirsiniz.

Ramazan ayında şeytanları bağlasalar da, onlar işsiz oturmazlar. Əgər siz pis işlər görmək istəsəniz, şeytana fürsət vermiş olarsınız. Bu zaman sizə hakim olan şeytan bağlarından açılar və böyük bir tövfiqi əldən vermiş olarsınız. Bu zaman bu, sizsiniz ki, şeytanın yollarını ürəyinizə doğru açmısınız.

Qüdsi hədisdə oxuyuruq: "Oruc Məndəndir və Özüm onun əcriyəm". ("Yəni, mükafatını Allah Özü verər).

Çünki heç bir ibadətdə bəndə bu qədər Allaha bənzəməz. İnsan oruc tutaraq, Haqqın ehtiyacsızlığının zühuru olur. Necə ki, Allahın yeməyə ehtiyacı yoxdur, oruc tutan da öz həddində bu cür halda olur. Allah buyurur ki, oruc tutanın mükafatını Mən özüm verərəm və heç kəsə tapşırmaram. Bu, orucun məqamının nişanəsidir.

İnsan oruc tutan zaman dünyadan uzaqlaşır və Allaha yaxınlaşır. Allahın sifətlərindən biri sizin qəlbinizdə təcəlli edər. Əgər oruc tutan insan hümmətini ali etsə və Haqqın istəyində olsa, Haqqın nuru qəlbinə nur saçar və insan İlahi qürbə yaxınlaşar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4013   Tarix: 10 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel