Küçədən keçən qadının üstündə dostların qanlı davası – Azərbaycanda dəhşətli olay

Küçədən keçən qadının üstündə dostların qanlı davası – Azərbaycanda dəhşətli olayGəncə şəhərində dostunu qətlə yetirən 1998-ci il təvəllüdlü Nurlan Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, Gəncə şəhərindəki "Ləbləbi" çay evində Nurlan Rzayev tanışı Mehman Əliyev və daha bir neçə nəfərlə əyləşib.

Nurlan Rzayev tanışları ilə söhbətləşən zaman özünü dost-tanış içərisində hörmətli şəxs kimi qələmə verib. Bu zaman içkili vəziyyətdə olan Mehman Əliyev Nurlan Rzayevə "başından böyük danışma", - deyə bildirib. Onların arasında mübahisə yaranıb.

Onlarla birlikdə olan tanışlar mübahisənin böyüməsinin qarşısını alıblar. Sonra çay evindən çıxıb evlərinə gediblər.

Yolda "Sirius" marketin qarşısında Mehman Əliyev yolun kənarından keçib avtomobilə əyləşən tanımadığı qadına söz atıb, sataşıb. Nurlan Rzayev isə ona etdiyi hərəkətin əxlaqi cəhətdən düz olmadığını bildirib və irad tutub.

Tanışların arasında yenidən mübahisə düşüb. Mübahisə zamanı Mehman Əliyev tanımadığı qadına görə ona irad tutulmasını həmin "əxlaqsız" qadınla eyni səviyyədə olmaq kimi dəyərləndirib və bu məzmunda təhqiredici sözlər işlədib.

Onun bu sözləri artıq başlanmış mübahisənin daha da alovlanmasına səbəb olub, deyişmə əlbəyaxa davaya çevrilib. Dava zamanı Mehman Əliyev Nurlan Rzayevin üzərinə hücum çəkib, yumruqla sifət nahiyəsindən vurub.

Bundan hiddətlənən Nurlan Rzayev qisas almaq üçün onu öldürmək qərarına gəlib. Üzərində olan bıçaqla Mehman Əliyevin ürək və digər nahiyələrinə xəsarətlər yetirib. Mehman Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Nurlan Rzayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Rzayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan zərərçəkmiş Mehman Əliyevin hüquqi varisi apelyasiya şikayəti verib, cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror da təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1894   Tarix: 20 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel