"Sultan Toğrulun dövründə Azərbaycanın böyük bir qismi Səlcuq imperatorluğunun tərkibində idi"-Tarixçi-alim

"Sultan Toğrulun dövründə Azərbaycanın böyük bir qismi Səlcuq imperatorluğunun tərkibində idi"-Tarixçi-alim1040-cı il mayın 23-də Şərq tarixinin ən mühüm hadisələrindən biri - Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında döyüş baş verdi. Döyüş Səlcuqların qələbəsi ilə nəticələndi. Səlcuq Oğuzlarının döyüşdən bir gün sonra çağırılmış qurultayında türk tarixinin ən parlaq simalarından biri - Toğrul bəy (1040-1063) sultan elan edildi.
Dəndənəkan döyüşündən sonra Səlcuqların qarşısında Cənubi Qafqaza, o cümlədən Azərbaycana yol açıldı. Azərbaycan Böyük Səlcuq imperiyasının mərkəzlərindən birinə çevrildi.

Səlcuq Oğuzlar Azərbaycan xalqının formalaşmasında mühüm rol oynayan ünsürlərdən biri oldu.
Azərbaycan tarixinin ən vacib səhifələrinin birini təşkil edən Səlcuq mərhələsinə, o cümlədən Dəndənəkan döyüşü və Səlcuq dövlətinin banisi sultan Toğrulun fəaliyyəti haqqında tarixçi, professor Kərəm Məmmədli Sonxeber.az-a danışıb.

O, bildirib ki, paytaxt Nişapur olmaqla Səlcuq dövlətinin meydana gəlmə tarixi 1038-ci il hesab edilir. Yəni, bugünkü Xorasan ərazisidir. Çox təəssüf ki, biz Xorasan ərazisini düzgün müəyyənləşdirə bilmirik. Dünya linqvistikasında belə bir şey qəbul olunub ki, bugünkü Azərbaycan türkcəsinin iki böyük dialekti var. Xəzərdən Şərqdə olan dialekt Xorasan dialekti adlanır. Qərb dialekti isə bizim bugünkü ədəbi dilimizdir. Sadəcə olaraq o dövrdə Azərbaycan bu qədər parçalanmamışdı deyə iki konkret- qərb və şərq dialeki var idi.

Qurultayda əslində belə bir məsələ var idi ki, qələbəni Toğrul bəy ilə Çağrı bəy birlikdə qazanmışdılar. O zaman sultanToğrulun övladı olmadığına görə əvvəlcə o taxta çıxdı və onun vəlihədi isə Çağrı bəyin oğlu Alp-Arslan oldu. Yəni, Mərv qurultayının qərarı bu oldu. Bu hadisəyə qədər 1015-ci ildə Çağrı bəy Xəzərin qərb hissəsinə kəşfiyyat yürüşü etmişdi. Bu yürüş zamanı oğuzlar Naxçıvana, Van ətrafına qədər ərazilərə gəlib çıxdılar. Artıq gördülər ki, bu ərazilərdə onların soydaşları yaşayır.

Sadəcə hakimiyyətdə olan sülalələr türk deyildi. Bunların soydaşlarına qarşı Xəzərin qərbində bir blok gürcü, Bizans qruplaşması formalaşdı. Bu qruplaşmaya qarşı parçalanmış şəkildə Azərbaycan mübarizə apara bilmirdi. Hətta bir neçə döyüşdə oğuzlar kömək də etdilər. Nəticədə Azərbaycanın şərqi ilə qərbi qovuşdu və düşmənə layiqli cavab verildi. Eyni zamanda Şəddadi dövləti ilə də müttəfiqlik haqqında müqavilə imzalandı. Qurultayda qərara alındı ki, şərqdə və qərbdə fəthləri davam etdirmək lazımdır. Onu da qeyd edim ki, Səlcuqların bayrağının üzərində Qurani-Kərimdən belə bir söz də yazılmışdı: "Biz fəth edəcəyik". Səlcuqların başçılığı altında olan oğuzlar birinci dəfə idi ki, Xəzərin qərb sahillərinə keçirdilər. Əvvəlcə Rəvvadilər dövləti ilə 1054-cü ildə qarşılaşdılar.

1054-55-ci ildə soltan Toğrul bəyin başçılığı altında Azərbaycana yürüş edən səlcuq qoşunları Təbriz şəhərinə yaxınlaşdılar. Rəqibin qüdrəti qarşısında acizliyini dərk edən Rəvvadi hökmdarı Vəhsudan, Toğrul bəyin hakimiyyətini tanıyır, adına xütbə oxunmasını əmr edir, sultana qiymətli hədiyyələr verir. Beləliklə, Rəvvadi hökmdarları da Səlcuqi təbəəliyini qəbul etdilər. Daha sonra Bağdad ərazisinə keçirlər. Çox vaxt deyirlər ki, Səlcuqlar Bağdadı işğal ediblər, əslində bu düz deyil. Niyə düz deyil? Çünki Bağdad Xilafəti sünni təriqətinin nümayəndələri idilər. Onlara qarşı da basqılar var idi. Ən çox da İran sülalələri tərəfindən tez-tez basqılar olurdu. Eyni zamanda artıq Misirdə Şeyx Fatimi Xilafəti də yer almağa başladı. Belə bir vaxtda Bağdadın qapılarını Səlcuqların üzünə açdılar.

Toğrul bəy ilə Xəlifə qohum oldu. Artıq Sultan Toğrulun dövründə demək olar ki, Azərbaycanın böyük bir qismi Səlcuq imperatorluğunun tərkibinə çevrildi. Sultan Toğrulun gözəl bir ifadəsi var idi: "Adətən qoyunun ayağını qırxmaq üçün bağlayanda qoyun qorxur. Elə bilir ki, onu kəsəcəklər. Lakin qoyunu qırxandan sonra ayağını açanda sevinir. Qoyun o qədər belə öyrəşir ki, hətta əcəli yetişəndə də ayaqlarını bağlayanda belə müqavimət göstərmir. Halbuki bu onu ölümə aparır".

Sultan Toğrul böyük şəxsiyyətdir. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi. Sultan Toğrul cəsur, səbrli, geniş qəlbə malik bir insan idi. Dəbdəbəli geyinməyi sevməzdi. Ürəyində Uca Allaha dərin inam var idi. Bir dəfə də olsun Cümə namazından qalmır, bazar ertəsi və cümə axşamları oruc tuturdu. Pul toplamağı və nahaq qan tökülməsini istəməzdi. Nəzir verməkdə, xüsusilə məscid tikdirməkdə comərd idi. Sultan Toğrul demişdi: "Əgər mən tikdirdiyim evin yanında ondan uca məscid tikdirməsəm, Allahın qarşısında nə cavab verərəm!".

F.Ağayeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3914   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021