Xədicə İsmayıl AZADLIQDA

Xədicə İsmayıl AZADLIQDABu gün Ali Məhkəmədə həbsdə olan jurnalist Xədicə İsmayılın verdiyi kassasiya şikayətinə baxılıb.

Vəkil Fariz Nazmazlının verdiyi məlumatına görə, hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Xədicə Ismayil barəsində olan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2( külli miqdarda mənimsəmə) maddələri üzrə bəraət hökmü çıxarılıb. 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) maddələrinə görə 3 il 6 ay müddətinəcəza verilib və o şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Azadlıq Radiosu" və "Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib. Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. (lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1704   Tarix: 25 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may
.

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - FOTO/VİDEO

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib. xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. "Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb. Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qar

2 may
.

Nazir idarə rəisini işdən çıxardı

Ədliyyə Nazirliyinin informasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Sözügedən idarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur

2 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

Hitlerin sağ əlinin evindən vəhşiliyin izləri TAPILDI - FOTO

Adolf Hitlerin sağ əli, Milli Sosialist Alman Fəhlə Partiyasının qurucusu Hermann Görinqin evindən əlləri və ayaqları kəsilmiş insan skeletləri tapılıb. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən skeletlərdən birinin körpəyə aid olduğu açıqlanıb. Hitlerin hərbi qərargahının bağçasındakı "Qur

2 may
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

2 may
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

2 may
.

Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idar

2 may
.

Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür

Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi Qazıyev Arif Tofiq oğlu ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Ədliyyə Nazirliyi Qazıyev Arif Tofiq oğlu ilə bir mənbədən satınalma metodu əsasında Gəncə şəhər qeydiyyat şöbəsi üçün icarə müqaviləsi bağlayıb. İcarə müqaviləsi 1

2 may