Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürülüb

Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürülübAvstriya həkimləri Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüblər.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Vyana Ümumi Xəstəxanasında aparılan transplantasiya əməliyyatı uğurla başa çatıb. Xəstəxanadan bildirilib ki, COVID-19 xəstəliyinə tutulmuş xəstənin müalicəsi heç bir nəticə vermədikdən sonra, həkimlər transplantasiya əməliyyatına qərar veriblər.

45 yaşlı xəstənin sağalması üçün bütün ümidlərini itirən həkimlər onun süni tənəffüs aparatının köməyi ilə cəmi bir neçə gün yaşaya biləcəyini düşünüblər. Xəstənin fiziki göstəricilərinə uyğun donor ağciyərlərinin gözlənilmədən xəstəxanaya qəbul edilməsindən sonra cərrah heyəti xəstənin ailə üzvlərinə son şans olaraq riskli əməliyyatı təklif ediblər.

Mayın 18-də baş tutan əməliyyatdan sonra xəstənin vəziyyəti artıq sabitləşib. Koronavirus infeksiyasına yoluxmazdan əvvəl heç bir xəstəlikdən əziyyət çəkməyən xəstənin tezliklə sağalacağına ümid edilir.

Qeyd edilməlidir ki, bu əməliyyat Vyana Ümumi Xəstəxanasının Ağciyər Transplantasiyası Mərkəzinin həyata keçirdiyi sayca iki mininci ağciyər köçürülməsi əməliyyatıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3773   Tarix: 24 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021