Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar.
Milli.Az publika.az-a istinadən xəbər verir ki,bu barədə rusiyalı diyetoloq İrina Pisareva və Rusiya Milli Qidalanma və Diyetoloqlar Birliyinin üzvü Natalya Kruqlova danışıb.
"Balqabaq, cəfəri və şirin kartofdan şorbalar hazırlayın. Belə yeməklər həm maddələr mübadiləsini yaxşılaşdıracaq, həm də bədəni isidəcək. Gündəlik menyuya daha çox soğan və sarımsaq əlavə edin. Mövsümi tərəvəzlər, göbələk, balqabaq, çuğundur, kələm bədənə lazım olan vitamin və mineralları verəcək. Çiyələk və moruq o qədər də faydalı deyil, onları mövsümündə yeyin", - İ.Pisareva bildirib.
Natalya Kruqlova isə qeyd edib ki, balqabaq tərkibli yeməklər yoluxucu xəstəliklərin qarşısını ala bilir. Bu bitki A vitamini və beta-karotin mənbəyidir.
"Bu mövsümdə alma, şaftalı, ərik daha çox vitamin və mineral ehtiva edir. Əgər tərəvəzdən danışırıqsa, pomidor, xiyar, bolqar bibərinin tərkibində immun sisteminin normal işləməsi üçün lazım olan C vitamini, karboksilik turşusu var. Bunlar da yoluxucu xəstəliklərin qarşısını almaqda effektivdir. Mövsüm tərəvəz və meyvələri həm də ona görə faydalıdır ki, lazım olan antioksidantlar və liflər ehtiva edir", - ekspert əlavə edib.
Mütəxəssis hesab edir ki, payız-qış ayalarında hava şəraitinin pisləşməsi səbəbindən kökəlmə riski var. Belə ki, əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün insanlar payızda daha çox şirin yeməklərə, çörək məhsullarına üstünlük verməyə başlayırlar. Kruqlova xəbərdarlıq edir ki, bu cür ehtiyaclar səbəbindən rasiona daha şirin, lakin təbii qidalar daxil etmək yaxşıdır:
"Zəncəfil, sarımsaq və darçın antioksidantlar və fitonutrientlər ehtiva edir. Zəncəfil və sarımsağın antimikrobial təsiri var, amma hər hansı xəstəliyin müalicəsindən danışırıqsa, burada onun əhəmiyyəti azdır".
Milli.Az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1964 Tarix: 13 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabrToyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil, paxlalılar
15 noyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrGünorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16 noyabrHepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrFizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
7 noyabrHər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
1 noyabr