ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər
Bəşəriyyət yalnız COVID-19-un yayılmasının birinci dalğasını yaşayır, pandemiyanın növbəti pik həddi tam ehtimal ediləndir.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.
"İndi ikinci dalğadan narahat deyilik, biz birinci dalğanın düz ortasındayıq. Bu dalğada ikinci pik həddlə üzləşə bilərik. Belə hallar keçmişdəki pandemiyalarda da olurdu", - Rayan deyib.
O, qeyd edib ki, yeni pik hədd Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada virusun aktiv şəkildə yayılması nəticəsində mümkündür.
ÜST rəsmisinin sözlərinə görə, xəstəliyin artımının müvəqqəti azalması bu tendensiyanın gələcəkdə qalıb-qalmayacağını aydınlaşdırmır.
Rayan həmçinin qeyd edib ki, dünya gələcəkdə pandemiyanın mövsümi qriplə üst-üstə düşə bilən ikinci dalğasına hazırlaşmalı olacaq.
Son məlumatlara görə, dünyada COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.
Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1173 Tarix: 26 may 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPaşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18 sentyabr 2021Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO
Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl
16 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021