"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video
"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN" müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib.
Müxbirin sözlərinə görə, bu qadının yeganə "cinayəti" küçələrdə bərabər hüquqlarını tələb etməkdir. Müxbir bildirir ki, o döyülüb və təzyiqlərə məruz qalıb. Bunun ardınca da "Taliban" qorxusu onu hər yerdə izləyir.
"Onlar bizə hədə-qorxu gəlməyə və gizlincə edam etməyə çalışırlar. Necə ki bunu mənim bir çox qadın dostuma ediblər. Mən ölümdən qorxmuram. Lakin onlar məni tapdıqda arzu edirəm ki, məni tez öldürsünlər. Əgər onlar ilk olaraq mənə işgəncə versələr, sonradan ləyaqətsiz şəkildə öldürəcəklər. Hər kəs şərəfli şəkildə ölməyi arzulayır", - deyə Seyidi əlavə edib.
T. Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qaldığı yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.
Seyidi bildirib ki, onun gələcək taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da, mübarizəsini davam etdirəcəyini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3798 Tarix: 16 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
8 noyabrUkrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
8 noyabr"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması istiqamətində irəliləyiş var. "Bloomberg" tərəflərin yekun anlaşmaya daha da yaxınlaşdığı barədə məlumat yayıb. Məlumata görə, Tehran əvvəlki mövqeyindən fərqli olaraq, nüvə proqramı ilə bağlı bəz
6 noyabr111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı
Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar
8 noyabrAlmaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
7 noyabrABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
8 noyabrYay fəsli uzanır... 6 ay davam edəcək
Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə
8 noyabr