Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi? - AÇIQLAMA

Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi? - AÇIQLAMASon həftələr koronavirusa yoluxanların sayı artdığına görə karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı iddialar səsləndirilir. Hətta sosial şəbəkələrdə karantin rejiminin 2021-ci ildə də davam edəcəyi ilə bağlı iddialar səsləndirilir. Karantin rejimi 2021-ci ilə qədər uzadılıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, karantin rejimin uzadılması, yumaşldılması ilə bağlı qərarları dövlətimiz və Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Kiminsə bu barədə hər hansı bir fikir səsləndirməsi düzgün olmaz. Təəssüf ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslər, tanınmışlar belə məsuliyyətsiz çağırışlar edirlər. Hətta bu virusun olmaması ilə bağlı fikirlər səsləndirirlər. Dövlətimiz karantin rejiminə necə girmişdisə, eyni formada da yumşaldılaraq çıxacaq. Təəssüf ki, vətəndaşlarımız bu xəstəliyə çox məsuliyyətsiz yanaşırlar. Baxmayaraq ki, bu qədər maarifləndirmə işləri aparılır yenə də insanlarımız koronavirusun hansı fəsadlar törədə biləcəyində xəbərsizdilər. "COVİD 19" ilk olaraq qızdırma ilə başlayıb, sonra quru öskürəyə çevrilərək anidən ağciyər toxumalarını zədələmək gücünə malik olan bir virusdur. Bu elmə məlum olmayan virus növüdür. Koronavirus geniş virus növünə aid olan xəstəliklərdəndir. Onların bu günə kimi 6 növü məlum olub. "COVİD 19" 7-ci növ olaraq çox rahat şəkildə insandan-insana ötürülmək xüsusiyyətinə malikdir. Bundan əvvəlki virusla mutasiyaya uğrayaraq zəifləyib. Bu virusun məhv olması üçün illər lazım ola bilər. Necə ki, bundan əvvəlki viruslar payız və qış aylarında müxtəlif formalarda geri qayıdır, eyni qaydada "COVİD 19" xeyli müddətdə qalacağı güman edilir. Bu yaxınlarda cənab prezident ayrı-ayrı nəhəng beynəlxalq təşkilarların, nəhəng texnologiya şirkətlərinin rəhbərləri ilə görüşü zamanı hələ uzun müddət bu virusla yaşamağa hazır olmalı olduğumuzu bildirib. İnsanlarımız anlasınlar ki, hələ bu virus çəkilməyib. Bu virus payız və qış aylarında arta bilər. Bu müddət ərzində bu virusun özünü necə aparacağından xəbərsizsik. Biz gözəgörünməz düşmənlə mübarizə aparmağa hər an hazır olmalıyıq. Karantin rejim mərhələli şəkildə yumşaldılıb. Ayrı-ayrı müəssisələrin, xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Parklara çıxsanız görəcəksiniz ki, insanlar sosial məsafəni qorumadan, qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə etmədən, sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Bu insanlarımızın məsuliyyətsizliyidir. Əgər payız-qış aylarında koronovirus yenə də artacaqsa təbii ki, dövlətimizin qərarı ilə karantin rejim yenidən sərtləşdirilə bilər. Amma məsuliyyətsizliyimizə görə karantin rejim uzadılırsa bu ölkə iqtisadiyyatına, insanlarımızın sosial və psixoloji durumuna çox ağır zərbə dəyir. Əlbəttə koronavirus tək bizim ölkənin problemi deyil. Bu gün bütün dünya bu virusla mübarizə aparır. Biz karantin rejimə qayıtmaq üçün deyil, bu virusdan canımızı qurtarmaq barəsində düşünməliyik. Düzdür, yoluxanlarla yanaşı sağalanların da sayı günbəgün artır. Əlbəttə biz dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində biz bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısını ala bildik. Amma bu son demək deyil. Ona görə də pandemiyadan sonrakı həyatımız əvvəlki kimi olmamalıdır. Bizim normal həyata tez qayıtmağımız insanlarımızdan asılıdır. İnsanlarımız qoyulan qaydalara və Operativ Qərargahın tövsiyyələrinə əməl edərlərsə tezliklə normal həyatımıza qayıda bilərik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5689   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun 2020

Koronavirusu simptomsuz necə TƏYİN ETMƏK OLAR?

Mayın 25-də "Rospotrebnadzor"un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən "yeni normal şərtlərə" uyğun yaşamağa alışmalıdırlar. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür. Bun

27 may 2020

Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...

Alimlər yaratdıqları simulyasiya ilə koronavirus daşıyıcısı olan bir nəfərin maska taxmadan metro və ya ofis kimi qapalı yerlərdə öskürmədən yalnız danışaraq virusu digər insanlara necə yoluxdurduğunu sübut ediblər. ABŞ-ın MSC şirkəti tərəfindən istehsal olunan "Tube Travel" adlı qapalı səyahə

27 may 2020

Koronavirus gözə necə təsir edir?

Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb. report-a istinadən xəbər verir ki, . Həkimin sözlərinə görə, gözlərin koronavirus üçün "giriş qapısı" olduğuna dair araşdırmalar mövcuddur:

27 may 2020

Korona aysberqin görünən tərəfidir - "Yarasa qadın"

Koronavirus aysberqin görünən hissəsidir, dünya daha dəhşətli pandemiyalarla üzləşəcək. Bu sözləri yarasaların genetikası ilə bağlı araşdırmalar aparan çinli qadın Şi Zenqli deyib. O, dünya hökumətlərinə müraciət edərək heyvanlardan insanlara keçən viruslarla bağlı araşdırmalar üçün daha çox vəsait ayrılmasın

27 may 2020

Bu qidaları acqarına qəbul etməyin

Çox insan ac olduğu halda sağlam olmayan və normaldan daha tez istehlak edə biləcəyi qidalara üstünlük verir. Ancaq mütəxəssislər bu vəziyyətin olduqca yanlış olduğunu qeyd edib. acqarına istehlak edilməməli qidaları təqdim edir:. Çiy tərəvəzlər. Bişməmiş tərəvəzlər çox xeyirlidir və zəngin amin turşular

27 may 2020

Koronavirus haqqında növbəti SAXTA XƏBƏR - Bunlara İnanmayın!

Koronavirusla bağlı yalanlar, feyk xəbərlər bitmir ki bitmir. Növbəti belə feyk artıq bütün sosial şəbəkələri zəbt edib. Sən demə, koronavirus virus deyilmiş, bakteriyadır. Bunu "İtaliya həkimləri" koronavirusdan ölən insanların meyitlərinin yarılması zamanı aşkar ediblər. Maraqlıdır ki, b

27 may 2020

25 kiloqram arıqlayan Buse yeni FOTOsunu paylaşdı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin qızı Buse Terim sosial şəbəkə izləyicilərini təəccübləndirib. qafqazinfo-ya istinadən xəbər verir ki, artıq çəkiləri səbəbindən hər zaman tənqid olunan Buse 25 kiloqram arıqlayıb. Yeni fotosunu paylaşan Terim "Bu da mənə və məni izləyib ilha

27 may 2020

Yaponiyadan turizmə 12 milyard dollarlıq DƏSTƏK

Yaponiya hökuməti turizmi canlandırmaq üçün belə addım atıb. xəbər verir ki, Yaponiya hökuməti koronavirusun yeni növünün (Kovid-19) təsiri altına düşən turizm sektorunu canlandırmaq üçün ölkədə tətilə gedənlərə gündəlik olaraq 20 min yen (185 dollar) məbləğində maliyyə yardımı edəcək. Kyodo agentliyini

27 may 2020