Dahi Sahibirin 158 illiyi-Şairin həyat yolu

Dahi Sahibirin 158 illiyi-Şairin həyat yoluBu gün, mayın 30-u, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Ələkbər Sabirin anadan olmasının 158-ci ili tamam olur.

Satiranın ustadı sayılan Sabirin əsərləri yaşadığı dövr Azərbaycanın reallıqlarını əks etdirir. Bu əsərlər qızıl hərflərlə ədəbiyyatımızın xəzinəsinə daxil olub. Təsadüfi deyildir ki, Mirzə Ələkbər Sabirin adı və əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısındadır.

Ölkəmizdə şairin yaradıcılığına biganə qalan və az məlumata sahib olan şəxslər inanırıq ki, azlıq təşkil edir. Buna baxmayaraq, görkəmli ustadın həyat yoluna qıssa da olsa nəzər salmaq istərdik.

Satirik şair Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olub. Əvvəlcə mollaxanada oxuyan, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbində davam etdirən şairin gələcək fəaliyyəti Azərbaycan ədəbiyyatı və satirası üçün əvəzsiz olub. Bu məktəb onun üçün faydalı olmaqla yanaşı, biliyinin və şairlik istedadının inkişafına kömək edib.

XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayıb. O 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayaraq onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranıb. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. Məhz bu səbəbdən şair "Molla Nəsrəddin" jurnalında 36 gizli imza ilə çıxış edib.

Sabirin seçilmiş əsərlərinin "Hophopnamə" adlandırılması "Hophop" imzası ilə əlaqədardır. Onun "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" şeirləri vaxtilə çox məşhur idi.

Sabir çox sevdiyi uşaqları sevdiyi üçün onlar üçün "Gəl, gəl a yaz günləri", "Uşaq və buz", "Yalançı çoban" və digər şeirləri yazıb. Həmin şerlər bu gün hər bir uşağın əzbər bildiyi şerlərdəndir.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, "Zənbur" jurnalında, "Günəş" və "Həqiqət" qəzetlərində işləyib. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdıb.

Şair 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda "Yeddi günbəz" qəbiristanındadır.

Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olunub. İki il sonra xalqın ianəsi ilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxılıb.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1644   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel