"Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" petisiyasına – CAVAB

"Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" petisiyasına – CAVABİnkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır.

Azərbaycan Təhsil Nazirliyi dərslərin iyunun 14-də bitməsinə etiraz olaraq, sosial şəbəkədə "Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" adı altında petisiyanın keçirilməsinə münasibət bildirib.

Sonxeber.az xəbər verir ki, Təhsil Nazirliyindən trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

Nazirlikdən bildirilib ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır.

Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması olub. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu.

Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3548   Tarix: 27 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır. yayılan xəbəri şərh etmək üçün Bakı Şəhə

7 may
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

6 may
.

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb

7 may
.

İtkin düşən Gülalı Dadaşov 30 il sonra dəfn edildi - Fotolar

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib. "Report"a istinadən xəbər verir ki, onun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, G

7 may
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

6 may
.

Növbəti delimitasiya prosesi Kərkidən BAŞLAYA BİLƏR - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. Bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb. Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb"

7 may
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. xəbər verir ki, bu barədə "APA"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqınd

7 may