Urmiyə gölündə suyun səviyyəsi azalıb

Urmiyə gölündə suyun səviyyəsi azalıbUrmiyə Gölünü Canlandırma Mərkəzinin yaydığı hesabatda Urmiyə gölünün dəniz səviyyəsindən 1271.89 metr hündürlükdə olduğu bildirilir ki, bu, ötən illə müqayisədə 5 santimetr daha azdır. Hesabatda deyilir ki, gölün canlanması üçün göldəki suyun həcmi 14.1 milyard kub metr olmalıdır.

Urmiyə Gölünü Canlandırma Mərkəzi və İran rəsmiləri Urmiyə gölünün vəziyyətinin son aylarda daha yaxşı olmasını gördükləri tədbilərin nəticəsi kimi göstərməyə çalışmışdılar. Lakin son aylarda yağışın az olması səbəbilə göldəki suyun səviyyəsində keçən illə müqayisədə azalma müşahidə olunub.

Təbrizin tanınmış ixtiraçısı və alimi Rza Kəhuli isə ötən ay gölün durumunun artan yağışların nəticəsi olduğunu bildirib. Kəhuli bir internet portalına verdiyi müsahibədə "bir vaxtlar hökümət heç bir elmi araşdırma olmadan gölə daxil olan sular üzərində 300-dən çox bənd inşa etdi. Ondan sonra gələn hökumət quyuların qazılması üçün bir gündə 160 mindən çox lisenziya verdi. İndiki hökümət isə hər şeyi Allaha həvalə edib. Urmiyə gölünün bugünkü durumu və yenidən bərpa olması hökumət tərəfindən alınan tədbirlərin deyil, artan yağışların nəticəsidir" deyib.

Urmiyə Gölünü Canlandırma Mərkəzi yanvarın 28-də yayımladığı hesabatda gölün illik su ehtiyacının 3426 milyon kub metr olduğunu bildirərək, bunun üçün 2548 milyon kub metrin gölün su hövzəsindən, geri qalan hissənin isə Canlandırma Mərkəzi tərəfindən həyata keçirilən layihələr vasitəsilə təmin ediləcəyi proqnozlaşdırmışdı. Lakin bu layihələrin çoxu dayandırıldığı üçün gölün su ehtiyacı təmin edilməyib.

Urmiyə gölünü Canlandırma Mərkəzinin büdcəsi ötən illərdə dəfələrlə fərqli səbəblərdən dolayı azaldılıb. Keçən ilin oktyabr ayında mərkəzin planlaşdırma şöbəsinin müdiri Əli Hacı Muradi İSNA Xəbər agentliyinə verdiyi müsahibədə mərkəzin büdcəsinin kəsilməsi nəticəsində planlaşdırdığı iki layihənin tamamən dayandırıldığını və İran Büdcə Təşkilatının yeddi ay gecikməyə baxmayaraq bu iki layihəni maliyyələşdirmədiyini bildirib.

Şərqi Azərbaycan merinin inşaat işləri üzrə müavini Cavad Rəhməti keçən ilin noyabr ayında Urmiyə gölünü Canlandırma Mərkəzinin büdcəsinin artan yağışlar nəticəsində azaldığını bildirib.

2018-ci ilin noyabrda Urmiyə şəhərini təmsil edən deputat Hadi Bahadıri isə dövlət tərəfindən verilən büdcə ilə gölün canlandırılmasının mümkün olmadığıni deyib. Bahadıri YJC xəbər agentliyinə verdiyi müsahibədə ərazidə gölün bərpası ilə əlaqədar çətinliklərin çox olduğunu bildirərək, verilən büdcənin yetərsiz olduğunu söyləyib.

Urmiyə Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan vilayətindəki şöbəsinin direktoru Fərhad Sərxoş isə ötən ilin sentybarında gölün ötən illərə görə daha yaxşı durumda olduğunu, ancaq hələ də quruma təhlükəsindən qurtulmadığı deyib. O həmçinin mərkəzin layihələrini davam etdirməsi üçün ötən iki ildə dövlət tərəfindən maliyələşdirilmədiyini bildirib.

2011-ciilin avqust ayında Urmiyə və Təbriz başda olmaqla İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölününün quruması və hökumətin buna laqeyd qalmasına qarşı bir neçə həftə boyunca aksiyalar keçirilib.(Milli.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3339   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Dili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO

Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara

24 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

Tiktok bu türk ölkəsində də əngəllənə bilər

Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər. xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:. "Bura narkotik maddələrin, pornoqrafi

24 aprel
.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel